Elxan Qasımov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Elxan Qasımov
Elxan Məmməd oğlu Qasımov
Doğum tarixi 24 aprel 1945(1945-04-24)
Doğum yeri
Vəfat tarixi 29 may 2023(2023-05-29)[1] (78 yaşında)
Vəfat səbəbi aorta anevrizmasının partlaması
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kinorejissor, rejissor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000
IMDb ID0441043

Elxan Məmməd oğlu Qasımov (24 aprel 1945, Naxçıvan29 may 2023[1]) — Azərbaycan kinorejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000).[2]

Həyatı

Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub.[3] İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb.[4] "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.[5]

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[6][7]

2023-cü ilin may ayında səhhətində problemlər yaranıb.[8] 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə dünyasını dəyişmişdir.[9] Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.[10][11]

Ailəsi

Elxan Qasımov İntizar adlı xanımla ailə həyatı qurub. Cütlüyün 1972-ci ildə Kəmalə adlı qızı, 1973-cü ildə isə Samir Qasımov adlı oğlu dünyaya gəlib.[12] Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.[13]

Filmoqrafiya

İstinadlar

  1. 1 2 https://oxu.az/society/735608.
  2. Qasımov, E. "Dubl"suz müsahibə : "Əhməd" olaraq 53, özü olaraq 70 yaşı tamam olan Əməkdar artist Elxan Qasımov ilə…: [aktyorla müsahibə] /müsahibəni apardı Tahir Abbaslı //Mədəniyyət.- 2015.- 24 aprel.- S.13.
  3. "Elxan Qasımov". 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
  4. "Elxan Qasımov: "Mənə ən çox dostlarımdan pislik gəlib"". 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
  5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
  6. "Elxan Qasımov: "Fəxri ad almağımı sex müdirindən eşitdim"". 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
  7. "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
  8. "Nazirlikdən "şofer Əhməd" ilə bağlı AÇIQLAMA — FOTO". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-11.
  9. "Əməkdar artist Elxan Qasımov vəfat edib". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29.
  10. Xəzər TV. "Elxan Qasımov dəfn edilib" (az.). Youtube.com. 30.05.2023. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
  11. İctimai TV. "Kinomuzun "Şofer Əhməd"i dəfn olundu" (az.). Youtube.com. 30.05.2023. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
  12. "17 yaşında səhnəyə gəldi, oğlunu qəzada itirdi - Elxan Qasımovun DOSYESİ". 2023-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-31.
  13. "Məşhurların ailə faciələri". 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-01.

Xarici keçidlər