Elxan Məmməd oğlu Qasımov (24 aprel 1945, Naxçıvan – 29 may 2023[1]) — Azərbaycan kinorejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (2000).[2]
Elxan Qasımov | |
---|---|
Elxan Məmməd oğlu Qasımov | |
Doğum tarixi | 24 aprel 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 2023[1] (78 yaşında) |
Vəfat səbəbi | aorta anevrizmasının partlaması |
Dəfn yeri |
|
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor |
Mükafatları | |
IMDb | ID0441043 |
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub.[3] İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb.[4] "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.[5]
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[6][7]
2023-cü ilin may ayında səhhətində problemlər yaranıb.[8] 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə dünyasını dəyişmişdir.[9] Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.[10][11]
Elxan Qasımov İntizar adlı xanımla ailə həyatı qurub. Cütlüyün 1972-ci ildə Kəmalə adlı qızı, 1973-cü ildə isə Samir Qasımov adlı oğlu dünyaya gəlib.[12] Elxan Qasımovun oğlu Samir Qasımov çox gənc yaşlarında avtomobil qəzasına düşərək dünyasını dəyişib. Samir də atasının yolunu davam etdirərək rejissorluqla məşğul olurdu.[13]