FİBA şərəf zalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
FİBA şərəf zalı

Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır.[1] Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur.

ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.

Şərəf zalı siyahısına daxil olanlar

Oyunçular

  • Avstraliya Avstraliya, Endruyu Qeyz (2013), Mişel Timms (2016)
  • Anqola Anqola, Jak-Jak Konseysan (2013)
  • Argentina Argentina, Rikardo Qonsales (2009), Oskar Furlonq (2007)
  • Bolqarıstan Bolqarıstan, Vanya Voynova (2007)
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina, Mirzə Delibaşiç (2007), Raziya Myanoviç (2017)
  • Braziliya Braziliya, Paula Qonsalves (2013), Qostenziya Markarı (2007), Amauri Pazos (2007), Ubiratan Pereyra (2009), Oskar Şmidt (2010)
  • Yunanıstan Yunanıstan, Nikos Qalis (2007), Panayotis Fasulas (2016)
  • İsrail İsrail, Miki Berkoviç (2017)
  • İspaniya İspaniya, Fernando Martin (2007), Emiliano Podriges (2007), Xuan Antonio San-Epifanio (2016)
  • İtaliya İtaliya, Pyerluici Marsorati (2007), Dino Meneqin (2010), Liliana Ronketti (2007)
  • Kuba Kuba, Ruperto Errara Tabio (2015)
  • Latviya Latviya, Valdis Valters (2017), Ulyana Semyonova (2007)
  • Litva Litva, Şarunas Marçyulyonis (2015), Alvidas Sabonis (2010)
  • MeksikaMeksika, Manuel Para (2016)
  • Nigeriya Nigeriya, Xakim Olacyuvon (2016)
  • Yeni Zelandiya Yeni Zelandiya, Pero Kameron (2017)
  • Puerto-Riko Puerto-Riko, Teofilo Krus (2007)
  • Rusiya Rusiya, Aleksandr Belov (2007), Sergey Belov (2007), Natalya Zasulskaya (2010), Vladimir Tkaçenko (2015)
  • Serbiya Serbiya, Vlade Divas (2010), Drajen Dalipaqiç (2007), Draqan Kiçanoviç (2010), Padivoy Koraç (2007), Slavniç Zoran (2013)
  • Sloveniya Sloveniya, İvo Daneu (2007)
  • ABŞ ABŞ, Maykl Cordan]] (2015), Enn Donovan (2015), Enn Meyers (2007), Şeril Miller]] (2010), Şakil О’Nil]] (2017), Bill Rassel (2007), Oskar Robertson] (2009), Devid Robinson (2013), Tereza Edvards (2013)
  • Fransa Fransa, Antuan Riqodo (2015), Ceki Şazalon (2009)
  • Xorvatiya Xorvatiya, Toni Kukoç (2017), Drajen Petroviç (2007), Kreşimir Çosiç (2007)

Məşqçilər

  • Avstraliya Avstraliya, Lindsi Qeyz (2010), Cen Stirlinq (2015)
  • Argentina Argentina, Xorxe Uqo kanavesi (2016)
  • Braziliya Braziliya, Toqo Renan Soares "Kanela" (2007)
  • İtaliya İtaliya, Cankarlo Primo (2007), Çezare Pubini (2013)
  • İspaniya İspaniya, Antonio Dias-Migel (2007), Pedro Ferrandis (2009)
  • Kanada Kanada, Cek Donoxyu (2013)
  • Rusiya Rusiya, Lidiya Llekseyeva (2007), Yevgeni Qomelski (2010), Aleksandr Qomelski (2007), Vladimir Kondraşin (2007)
  • Serbiya Serbiya, Ranko Jeravisa (2007), Duşan İvkoviç (2017), Aleksandar Nikoliç (2007)
  • ABŞ ABŞ, Henri Ayba (2007), Kay You (2009), Pit Nyuell (2009), Din Smit (2007)
  • Xorvatiya Xorvatiya, Mirko Novosel (2010)

Xarici keçid

İstinadlar

  1. Díaz-Miguel, F. Martín, Saporta y A. López, españoles en Salón de la Fama Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, ACB.com, 1 de marzo de 2007