Famihiko Maki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Famihiko Maki
yap. 槇 文彦
Şəxsi məlumatlar
Doğum tarixi (95 yaş)
Doğum yeri Tokio, Yaponiya
Vətəndaşlığı Yaponiya
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Tokio
Əsas tikililəri Tokio Metropolitan Gimnaziyası
Üzvlüyü
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
- (1993)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Famihiko Maki (yap. 槇 文彦; 6 sentyabr 1928, Tokio) — yapon memarı.

Həyatı

Famihiko Maki Tokio Universitetində təhsil aldıqdan sonra ABŞ-nin Miçiqan ştatındakı Blumfild Hills şəhərindəki Kranbruk İncəsənət Akademiyasında işləməyə davam etdi. Oradan da Horvard Universitetinə keçdi. 1956-cı ildə Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Memarlıq fakultəsində köməkçi kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə işlədiyi universitetin Danfort Korpusunda Steynberq Zalını düzəltdi.Bu onun ABŞ-də ilk işi idi. 2006-cı ildə isə Vaşinqton Universitetində yerləşən Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalının layihələrini hazırladı

Bir müddət SOM və Kembricdə yerləşən Sert Jackso firmalarında işlədi. 1960-cı ildə Yaponiyaya geri döndü. Şəxsi memarlıq ofisini açan Maki həm də hal-hazırda Keyo Universitetində dərs verməkdədir.

1993-cü ildə Pritsker mükafatını qazanmışdır.[2]

Tanınmış işləri

Qalereya

İstinadlar

  1. 1 2 Union List of Artist Names (ing.). 2019.
  2. "Arxivlənmiş surət". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.