Fillip Remler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Fillip Remler
Doğum tarixi 7 may 1958(1958-05-07) (66 yaş)
Fəaliyyəti diplomat

Fillip Remler (ing. Philip Remler; 7 may 1958) — ABŞ alimi.

Həyatı

Fillip Remler ABŞ Dövlət Departamentində xarici xidmət əməkdaşı olaraq çalışmışdır. O, eyni zamanda ABŞ-nin Moskvadakı səfirinin baş müşaviri vəzifəsində işləmişdir. Bundan sonra Remler 2007-ci ilin dekabrından 2012-ci ilin yanvarınadək ATƏT-in Moldovadakı missiyasının rəhbəri olmuşdur.[1][2]

Remler 1983-cü ildə ABŞ Dövlət Departamentinə işə düzəlmişdir. O, karyerasının əvvəlində Türkiyə, SSRİAzərbaycanda xidmət etmişdir. Remler həmçinin, Milli Təhlükəsizlik Şurasında İraq üzrə, o cümlədən Amerikanın Gürcüstandakı səfirliyindəki vəzifələrdə olmuşdur. Regional Münaqişələr üzrə Xüsusi Danışıqçının Dövlət Departamenti Başçısının müavini vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq etmişdir.[1] O, hal-hazırda Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimidir.[3]

İstinadlar

  1. 1 2 "OSCE Mission to Moldova OSCE Mission to Moldova". 2010-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-27.
  2. Philip Remler Arxivləşdirilib 2012-02-27 at the Wayback Machine
  3. Məmmədov, Məhəmməd. "ATƏT-in Minsk qrupu: Qərəzsiz gələcək". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 11 avqust 2021. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2021. ATƏT-in Qarabağ münaqişəsində vasitəçiliyində iştirak etmiş, keçmiş Dövlət Departamenti rəsmisi Fillip Remler ...

Xarici keçidlər