Fillip Remler (ing. Philip Remler; 7 may 1958) — ABŞ alimi.
Fillip Remler | |
---|---|
Doğum tarixi | 7 may 1958 (66 yaş) |
Fəaliyyəti | diplomat |
Fillip Remler ABŞ Dövlət Departamentində xarici xidmət əməkdaşı olaraq çalışmışdır. O, eyni zamanda ABŞ-nin Moskvadakı səfirinin baş müşaviri vəzifəsində işləmişdir. Bundan sonra Remler 2007-ci ilin dekabrından 2012-ci ilin yanvarınadək ATƏT-in Moldovadakı missiyasının rəhbəri olmuşdur.[1][2]
Remler 1983-cü ildə ABŞ Dövlət Departamentinə işə düzəlmişdir. O, karyerasının əvvəlində Türkiyə, SSRİ və Azərbaycanda xidmət etmişdir. Remler həmçinin, Milli Təhlükəsizlik Şurasında İraq üzrə, o cümlədən Amerikanın Gürcüstandakı səfirliyindəki vəzifələrdə olmuşdur. Regional Münaqişələr üzrə Xüsusi Danışıqçının Dövlət Departamenti Başçısının müavini vəzifəsində çalışarkən Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu ilə sıx əməkdaşlıq etmişdir.[1] O, hal-hazırda Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimidir.[3]
ATƏT-in Qarabağ münaqişəsində vasitəçiliyində iştirak etmiş, keçmiş Dövlət Departamenti rəsmisi Fillip Remler ...