Frans Kafka heykəli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Frans Kafka heykəli
çex. Pomník Franze Kafky
Heykəl 2011-ci ildə
Heykəl 2011-ci ildə
Xəritə
Ölkə  Çexiya
Yerləşir Praqa
Heykəltaraş Yaroslav Rona
Tikilib 2003[1]
Hündürlüyü 3,75 metr
Material bürünc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frans Kafka heykəli (çex. Pomník Franze Kafky) – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl.

Haqqında

Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh)[2] küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır.[3]

" Mən düşünürəm ki, məkan gözəldir. Əvvəlcə mən belə düşünmürdüm. Lakin daha sonra dərk etdim ki, buradan daha yaxşı yer ola bilməz.[2]
"

Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır.

Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır.[4]

İstinadlar

  1. Art for the City catalogue.
  2. 1 2 "EIGHTY YEARS AFTER HIS DEATH, FRANZ KAFKA FINALLY HAS A STATUE IN PRAGUE". Radio Praha (ingiliscə). 9 yanvar 2004. 2013-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2017.
  3. "Statue of Franz Kafka". Atlas Obscura (ingiliscə). 2017-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2017.
  4. "Pomník Franze Kafky". Digital Guide (çex). 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2017.

Xarici keçidlər