Frans Kafka heykəli (çex. Pomník Franze Kafky) – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl.
Frans Kafka heykəli | |
---|---|
çex. Pomník Franze Kafky | |
| |
Ölkə | Çexiya |
Yerləşir | Praqa |
Heykəltaraş | Yaroslav Rona |
Tikilib | 2003[1] |
Hündürlüyü | 3,75 metr |
Material | bürünc |
Vikianbarda əlaqəli mediafayllar |
Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh)[2] küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır.[3]
Mən düşünürəm ki, məkan gözəldir. Əvvəlcə mən belə düşünmürdüm. Lakin daha sonra dərk etdim ki, buradan daha yaxşı yer ola bilməz.[2] |
Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır.
Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır.[4]