Frans Kafkanın başı (çex. Hlava Franze Kafky) və ya Kafka heykəli[3] – heykəltaraş David Çerni tərəfindən hazırlanmış və bohemiyalı almandilli yazıçı Frans Kafkaya həsr olunmuş heykəl. Çexiyanın paytaxtı Praqa şəhərində Quadrio ticarət mərkəzinin yaxınlığında quraşdırılmışdır.[4][5][6] Kinetik heykəl 11 metr hündürlüyündədir və 42 fırlanan paneldən ibarətdir.[7]
Frans Kafkanın başı | |
---|---|
çex. Hlava Franze Kafky | |
| |
Ölkə | Çexiya |
Yerləşir | Praqa |
Memarlıq üslubu | kinetik |
Heykəltaraş | David Çerni |
Tikilib | 2014[1] |
Hündürlüyü | 11 metr |
Material | Paslanmaz polad[2], metal[1] |
Vikianbarda əlaqəli mediafayllar |