Çevrilmə (roman)

Çevrilmə və ya Metamarfoz (alm. Die Verwandlung‎) — Frans Kafka tərəfindən 1915-ci ildə yazılmış novella. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan əsərdir. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin mövzusu əsasında eyni adlı film çəkilmişdir.

Çevrilmə
Almanca: Die Verwandlung
1916-cı il nəşrinin üzlüyü.
1916-cı il nəşrinin üzlüyü.
Müəllif Frans Kafka
Janr absurdizm
Orijinalın dili alman
Ölkələr
Orijinalın nəşr ili 1915
Tərcüməçi Mahir Qarayev (azərbaycanca)
Nəşriyyat Kurt Volf (orijinal)
Qanun nəşriyyatı (azərbaycanca)
Səhifə 128 (azərbaycanca)
Növ novella
Əvvəlki Hökm
Sonrakı Ocaqçı
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etsələr də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir. Onun çevrilməsini bilən ailə üzvləri dəhşətə gəlirlər. Atası onu otağa qovur, bu zaman atasının atdığı əşya ilə Qreqor ağır yaralanır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Ancaq bacısı ona yemək vermək üçün hərdən otağa gəlir. Qreqor otaqda ağır mənəvi fiziki vəziyətdə yaşamalı olur. O, ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar olaraq ,ailə maliyyə baxımdan pis vəziyyətə düşür. Baş verənlərə görə, Qreqor özünü günahkar hesab edir. Əvvəldə bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra bu həşəratın qonaqların qarşısında özünü pis aparması nəticəsində onun da Qreqora münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görüb hay-küy qaldırır və evi tərk edirlər. Bir müddətdən sonra Qreqor ölür, onu bir qutuda dəfn edirlər və çılğın hekayə həyat dolu optimistik sonluqla başa çatır.

Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O, yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir.

  • Qreqor Zamza- Qreqor hekayənin əsas obrazıdır. Bacısına və ana-atasına pultapmaq üçün səyyar satıcı olaraq çalışır. Bir abah oyandılğında bir həşarata döndüyünü görür. Metamorfozdan sonra Qreqor işləyə bilməz hala gəlir və hekayənin geri qalanının çoxunda otağına qapatılır. Bu ailəsini ilk dəfə işləməyə məcbur edir. Qreqor toplumdan təcrid edilmiş olaraq təsfir edilir və çox zaman həm başqalarının həqiqi niyyətlərini yanlış anlayır.
  • Qreta Zamza - Qreta Qreqorun balaca bacısıdır və dəyişimindın sonra Qreqorun baxıcısı olur. Başlanğıcda yaxın bir münasibətləri vardır, amma bu, sürətlə azalır. İlk başda onu bəsləmək və otağını təmizləmək üçün könüllü olur. Ancaq yükün altında get-gedə daha çox səbirsizlənir və inadkarlıqla otağı dağınıq halda tərk etməyə başlayır. Qreqora baxma barəsində ilk qərarı ailəsinə kömək etmək və faydalı olmaq arzusundan qaynaqlanmış ola bilər. Çünki anası otağını təmizləyəndə əsəbləşir və məyus olurdu. Qretanın Qreqordan iyrəndiyi məlum olur. Çünki otağa girəndə ürəyi bulanmasın deyə pəncərəni açır və Qreqor ortalıqdadırsa, heç nə etmədən otaqdan çıxır. Qreta skripka ifa edir və konservatuvara oumaq üçün getmək arzusundadır. Bu, Qreqorun həyata keçirəcəyini ümid etdiyi xəyalı idi. Bunu Milad günü elan etməyi planlaşdırdı. Amma Qreqorun çevrilməsindən sonra ailənin vəiyyəti pisləşdiiyndən məcbur satıcı olaraq işə başlayır. Qreta həm də Qreqordan yaxa qurturmağı məsləhət görən ilk adamdır. Bu da Qreqorun öz ölümünü planlamasına səbəb olur. Hekayənin sonunda Qretanın ana və atası onun güzəlləşdiyini və artıq evlilik yaşına yetişdiyinin fərqinə varırlar və ona bir ər tapmağa qərar verirlər.[1]
  • Cənab Zamza - Qreqorun atasıdır. Çevrilməsindən sonra ailəyə maddi dəstək ola bilmək üçün işə geri dönmək məcburiyyətində qalır. Oğluna qarşı münasibəti sərtdir. Çevrilmiş Qreqor iyrənmək və hətta qorxuyla baxır. Bbir neçə dəfə Qreqora hücum edir. Qreqor insan olarda belə atası onu daha çox ailə üçün əlir mənbəyi olaraq görürdü. Qreeqorun atasıyıa olan münasibəti Kafkanın atasıyıa olan münasibəti əsasında modelləşib. Yadlanma burada olduqca aydın görünür.[2]
  • Xanım Zamza - Qreqorun anasıdır. O, itaətkar arvad olaraq təsvir olunur. Qreqor üçün həmişə narahatlıq və həyəcan içindədir. Başlanğıcda Qreqorun çevrilməsi qarşısında şok olur. Amma yenə də otağına getmək istəyir. Ancaq bu onun üçün asan olur. Analıq instinki və oğluna duyduğu sevgisi ilə oğluna duyduğu iyrənmə arasında mübaribə başlayır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Onlayn nəşrlər

  1. "Qreta Zamza obrazı". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  2. ""Çevrilmə" romanında əsas obrazların təhlili - ata". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
  3. ""Çevrilmə" romanında əsas obrazların təhlili - ana". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.