Georgi Leonidze

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Georgi Leonidze
gürc. გიორგი ლეონიძე
Təxəllüsü გოგლა ლეონიძე
Doğum tarixi 27 dekabr 1899 (8 yanvar 1900) və ya 27 dekabr 1899(1899-12-27)[1]
Doğum yeri
Vəfat tarixi 9 avqust 1966(1966-08-09)[2][1] (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Təhsili
Fəaliyyəti dilçi, şair, yazıçı, ictimai xadim
Əsərlərinin dili gürcü dili
Janrlar ssenari
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georgi Nikolayeviç Leonidze(gürc. გიორგი ლეონიძე)(28.1.1899—9.8.1966)) — gürcü şairi.

Həyatı

Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze 1899-cu il yanvar ayının 28-də Saqareco rayonunun Patardzueli kəndində anadan olub. Şeirlərində vətənpərvərlik motivləri güclüdür.

Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbət tərənnüm edilir.

1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub.

1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.

“Berşoula” adlı poemasını Əhməd Cəmil, “Azərbaycan şairlərinə”, “Vətəni vəsf edirəm” Əflatun Saraclı, “Bulaq” Rəfiq Zəka, “Vətən nəğməsi” Məmməd Araz, “Vəsf edirəm” Əli Kərim, “Vətən haqqında nəğmə” Tofiq Bayram, “Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Şair 1966-cı il avqust ayının 9-da dünyasını dəyişib.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

  1. 1 2 The Fine Art Archive. 2003.
  2. 1 2 3 Леонидзе Георгий Николаевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.