Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli | |
---|---|
Surxay Məmməd oğlu Məmmədli | |
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi | |
2004 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sirəbil, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Təhsili | Bakı İslam Universiteti |
Atası | Məmməd Məmmədov |
Uşaqları | 3: 2 oğlan, 1 qız |
Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004).
Həyatı
Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub.[1]
Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib.[1][2]
1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir.[1][2]
2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.[3]
Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.
Azərbaycan, Ərəb, Fars, Rus və ingilis dillərini bilir.[1]
Kitabları
- "İslamda əxlaq"
- "İslam maarifində dünyaya münasibət"
- "Təsəvvüf"
İstinadlar
- ↑ 1 2 3 4 "Bioqrafiya" ( (az.)). hacisurxay.com. 2013-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
- ↑ 1 2 ""CÜMƏ" MƏSCİDİNİN AXUNDU: "TƏKAMÜL NƏZƏRİYYƏSİ TƏMƏLİNDƏN ÇÖKMÜŞ NƏZƏRİYYƏDİR"" ( (az.)). Media Forum. 2012-03-16. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-14.
- ↑ "QMİ-nin səlahiyyətli nümayəndəsi Rusiyada elmi dərəcə alıb" ( (az.)). report.az. 2016-12-15. 2017-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
Həmçinin bax
Xarici keçidlər
- Hacı Surxay Məmmədli — Facebook səhifəsi
- Sabiq rəsmi saytı (az.)
- "Hacı Surxay Məmmədli şəhidlərimizə xütbə oxudu" ( (az.)). sia.az. 2014-08-08. 2014-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
- "Hacı Surxay: "Suriyada döyüşənlərin əksəriyyəti Aşurbəy məscidindən göndərilir"" ( (az.)). apa.tv. 2014-01-28. 2017-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
- “Şou aləmində bəziləri gündəmə gəlmək üçün “Həci”lərdən istifadə edirlər”- Hacı Surxay