Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004).
Hacı Surxay Məmmədli | |
---|---|
Surxay Məmməd oğlu Məmmədli | |
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi | |
2004 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sirəbil, Masallı rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Təhsili | Bakı İslam Universiteti |
Atası | Məmməd Məmmədov |
Uşaqları | 3: 2 oğlan, 1 qız |
Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub.[1]
Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib.[1][2]
1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir.[1][2]
2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.[3]
Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.
Azərbaycan, Ərəb, Fars, Rus və ingilis dillərini bilir.[1]