Sirəbil — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Sirəbil | |
---|---|
38°57′ şm. e. 48°43′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Xıl kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Sirəbil kəndində toplam 76 evdə 280 nəfəri kişilər, 212 nəfəri isə qadınlar olmaqla 492 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[2] yaşayırdı.[3] Qodman çayı sahilində yerləşən Xıl kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi.[3]
Hazırda kənd əhalisinin sayı 739 nəfərdir.[4] Milli tərkibi talışlardan ibarətdir.
Yaşayış məntəqəsi XIX əsrin ortalarında Xıl kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhali kəndin adını Sırabır kimi tələffüz edir və “qırmızıya çalan tikanlıq” mənasında olduğunu söyləyir. Tədqiqatçılara görə, oykonim talış dilindəki sir (doymuş) və bil (sərhəd, çöl, düz, kənar, sahil) komponentlərindən düzəlib (-ə burada mənsub, bildirir), “su sahili”, “sudan doymuş çöl” mənasındadır. [5]