Haciye Cindi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Haciye Cindi
kürd. Heciyê Cindî
Doğum tarixi 18 mart 1908(1908-03-18)
Vəfat tarixi 1 may 1990(1990-05-01) (82 yaşında)
Təhsili
Fəaliyyəti yazıçı, universitet müəllimi[d], ədəbiyyatşünas
Əsərlərinin dili kürdcə, erməni dili
Üzvlüyü
Mükafatları "Xalqlar dostluğu" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haciye Cindi Cauari (kürd. Һ’әщие Щнди/Heciyê Cindî, erm. Հաջիե Ջնդի, rus. Аджиэ Джинди Джауари; 18 mart 19081 may 1990) — kürd əsilli SSRİ yazıçısı. O, kürderməni dillərində yazıb-yaratmışdır.

Həyatı

Haciye Cindi Cauari 1908-ci ildə Rusiya imperiyasında, Yamançayır (indiki Türkiyə) kəndində anadan olmuşdur. O, uşaq yaşlarında yetim qalmış və Aleksandropoldakı uşaq evində tərbiyə almışdır. Cindi 1929-cu ildə Pedaqoji Texnikumu bitirmiş, İrəvan Pedaqoji İnstitutuna daxil olmuş və 1933-cü ildə oradan məzun olmuşdur. O, 1930-cu ildən "Riya Təzə" qəzetində, o cümlədən radioda işləmişdir. Cindi 1934-cü ildə SSRİ Yazıçılarının I qurultayında Ermənistan SSR-dən nümayəndə olmuşdur.[1]

Haciye Cindi 1937-ci ildə həbs olunmuş, lakin bir sıra tanınmış yazıçıların səyləri nəticəsində tezliklə azadlığa çıxmışdır. O, 1940-cı illərdə kiril əlifbasına əsaslanan kürd əlifbasını hazırlamışdır. Cindi 1959–1967-ci illərdə Ermənistan SSR Elmlər Akademiyasında işləmişdir. O, bundan sonra 1974-cü ilə qədər İrəvan Universitetində kürd dili və ədəbiyyatından dərs demişdir.[2]

İstinadlar

  1. Аджиэ Джинди // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  2. Аджиэ Джинди // Краткая литературная энциклопедия / Гл. ред. А. А. Сурков. — М. : Советская энциклопедия, 1962—1978.