Harlan Ellison

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Harlan Ellison
ing. Harlan Jay Ellison
Təxəllüsü Cordwainer Bird
Doğum tarixi
Doğum yeri ABŞ ABŞ, Ohayo, Klivlend
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri ABŞ ABŞ, Los-Anceles, Kaliforniya
Vəfat səbəbi ürək tutması[d]
Həyat yoldaşları
  • bilinmir (19561960),
  • bilinmir (19601963)
Fəaliyyəti ssenarist, roman yazıçısı, yazıçı, ədəbiyyat tənqidçisi, fantastika yazıçısı[d], jurnalist, film tənqidçisi[d], redaktor[d]
Fəaliyyət illəri 1956–27 iyun 2018
harlanellison.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harlan Ellison (27 may 1934 27 iyun 2018))—ABŞ fantast yazıçısı.

Həyatı

Harlan Ellison 1934-cü il 27 may tarixində Amerikada dünyaya göz açıb. Onun yəhudi amerikan ailəsi sonralar qaldıqları yeri tərk edir. 1949-cu ildə atasının ölümündən sonra ailə Klivlendə qayıdır. Uşaq yaşlarından tamaşalarda oynayan Harlanın artıq karyerası var idi. Yeniyetmə çağlarından işiylə əlaqədar ailədən kənarda keçirdiyi günlər də onun həyatında dərin izlər buraxır. Zamanla Şimali Karolinada yük maşını sürücüsü, kitab satıcısı, mağaza administratoru kimi işləsə də ədəbiyyatla da məşğul olur..

H. Ellison 1955-ci ildə Nyu-Yorka köçərək burada yaradıcılıqla daha müntəzəm məşğul olmağa başlayır. Əsərlərində elmi fantastikaya üstünlük verən yazıçı iki il ərzində 100-dən çox hekayəni nəşr etdirir. 1956-cı ildə Şarlotta Steinlə evlənən yazar bir il sonra gənc briqadalar haqqında əsərini qələmə alır. Sonrakı yaradıclıq məhsulları ilə Ellison kütlənin problemlərini üzə çıxardı. Ardınca orduya səfərbərliyə alınan yazıçı 1959-cu ilə kimi hərbi xidmətdə olur. Cordvainer Bird təxəllüsü ilə nəşr etdirdiyi hekayələr silsiləsi çılğın obrazları ilə seçilməyə, sevilməyə başlayır. "Tanrı Eybəcər Bakirə qıza Xeyir-dua verir" və "Avara" kimi qələm məhsulları Ellisonu şöhrətin zirvəsinə qaldırdı. Jurnal və qəzetlərdə işıq üzü görən kiçik həcmli əsərlər də onun karyerasında növbəti cığır idi. 1960-cı ildə ikinci dəfə ailə həyatı quran ədibin bu evliliyi də uzun çəkmir. Cəmi bir il sonra o həyat yoldaşından boşanaraq ömrünü bütünlüklə ədəbi yaradıclığa həsr edir. Bu gün də onun adını fantastik ədiblər sırasında xüsusi qeyd etmək olar.

İstinadlar

  1. Holland S. Harlan Ellison obituary. 2018.

Həmçinin bax

Xarici keçidlər