Herman Rösler

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Herman Rösler
alm. Hermann Roesler
Doğum tarixi 18 dekabr 1834(1834-12-18)
Vəfat tarixi 2 dekabr 1894(1894-12-02) (59 yaşında)
Vəfat yeri
Fəaliyyəti iqtisadçı, universitet müəllimi[d], hüquqşünas, politoloq, məsləhətçi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Fridrix Herman Rösler (alm. Carl Friedrich Hermann Roesler‎; 18 dekabr 18342 dekabr 1894, Bolsano, Sisleytaniya[1]) – Almaniya hüquqşünası və iqtisadçısı.[2] Yaponiyada fəaliyyət göstərmiş, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuşdur.[2]

Həyatı

Herman Rösler 1834-cü ildə doğulmuşdur.[2] Onun atası vəkil olmuşdur.[2] Rösler ErlangenMünhen universitetlərində hüquq və politologiya üzrə təhsil almışdır.[2] Məhkəmələrdə işlədikdən sonra Erlangen Universitetində privat-dosent, 1862-ci ildə isə Rostok Universitetində professor dərəcəsi almışdır.[2]

1878-ci ildə Yaponiya hökumətinin təklifini qəbul edərək Yaponiyaya gəlmişdir.[2] O, Yaponiyanın Xarici İşlər Nazirliyində işləməyə başlamış, 1884-cü ildə kabinetin hüquq məsləhətçisi olmuşdur.[2] Konstitusiya tərtib etməklə vəzifələndirilən İto Hirobuminin tələbindən sonra Rösler İnoe Kovaşi ilə birlikdə Meyci konstitusiyası üçün qaralamalar hazırlamışdır.[2] O, güclü monarxiya sisteminə qarşı olan simpatiyasını və populist hakimiyyətə qarşı olan antipatiyasını konstitusional töhfələrində əks etdirmişdir.[2] Meyci konstitusiyası 1889-cu ildə qəbul edilmişdir.[2]

1893-cü ildə Almaniyaya qayıtmazdan qabaq ticarət məcəlləsinin tərtibatında iştirak etmişdir.[2] Bu məcəllə onun ölümündən sonra – 1899-cu ildə qəbul edilmişdir.[2]

İstinadlar

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka). Tokio: Kodansha. 1983. səh. 334. ISBN 0-87011-626-6. İstifadə tarixi: 17 avqust 2022.

Xarici keçidlər