Heydər Babayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Heydər Babayev
19 oktyabr 2005 – 31 oktyabr 2008
ƏvvəlkiFərhad Əliyev
SonrakıŞahin Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 1957
Doğum yeri
Fəaliyyəti siyasətçi

Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri.

Həyatı

Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank"ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur.[1][2]

Ailə vəziyyəti

Evlidir, 1 övladı var.

İstinadlar

  1. "Heydər Babayev vəzifəsinə təkrar təyin edilmədi". BBC News. 2008-10-31. İstifadə tarixi: 2011-01-25.
  2. "Heydar Babayev sent to resignation". Today.az. 2008-11-01. 2012-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-25.

Həmçinin bax