Fərhad Əliyev

Fərhad Şövlət oğlu Əliyev (1 aprel 1963, Alar, Astraxanbazar rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri (2001–2005), dövlət əmlakı naziri (1999–2001), ticarət naziri (1999).

Fərhad Əliyev
30 aprel 2001 – 19 oktyabr 2005
Əvvəlkinazirlik yaradılıb
SonrakıHeydər Babayev
bayraq
Azərbaycan Respublikasının dövlət əmlakı naziri
bayraq2
24 dekabr 1999 – 30 aprel 2001
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
6 dekabr 1999 – 24 dekabr 1999
ƏvvəlkiNadir Nəsibov
Sonrakıkomitə ləğv edilib
bayraq
Azərbaycan Respublikasının ticarət naziri
bayraq2
12 fevral 1999 – 6 dekabr 1999
ƏvvəlkiMiri Qənbərov
SonrakıHüseynqulu Bağırov
bayraq
Azərbaycan Respublikası ticarət nazirinin birinci müavini
bayraq2
7 iyul 1997[1] – 12 fevral 1999
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1963(1963-04-01) (61 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.

Fərhad Əliyev 1970–1980-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (AzİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həm in ildə Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985–1987-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.

Fərhad Əliyev ali məktəbdə oxuduğu və orduda xidmət etdiyi zamanlarda ictimai işlərdə fəal iştirak edib. O, ADİMİ-nin Tələbə Həmkarlar Təşkilatının sədr müavini seçilib, orduda nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

F. Əliyev 1985–1990-cı illərdə ictimai fəaliyyətlə yanaşı müxtəlif dövlət işlərində çalışıb. O zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinin təşkilat şöbəsində sektor müdiri vəzifəsinə qədər yüksəlib. Beynəlxalq turizm "Sputnik" Səhmdar Cəmiyyətinin prezidenti olub.

1990–1997-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib.

Fərhad Əliyev 1999-cu ildə Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[2] Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatında ticarət nazirinin birinci müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının ticarət naziri vəzifəsinə təyin olunub. 1999–2001-ci illərdə dövlət əmlak naziri vəzifəsində işləyib.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir[3].

Ailəlidir. İki övladı var. Həyat yoldaşı Səbinə Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.

1969-cu il təvəllüdlü qardaşı Sudeyif Əliyev Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri vəzifəsində çalışmış, 19 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4] 1994 təvəllüdlü oğlu Yusif Əliyev, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.

  1. "F.Ş. Əliyev haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. "Siyavuş Novruzov: "Əli İnsanov siyasi riyakarlıqla məşğuldur"". Trend.Az (az.). 2007-03-02. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-11.
  3. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine  (az.)
  4. Nigar İxtiyarqızı. "Fərhad Əliyevin ailəsində faciə" (az.). axar.az. 20 Yanvar 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.