Kameron adası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kameron adası
ing. Cameron Island
Ümumi məlumatlar
Sahəsi 1059 km²
Uzunluğu
  • 42 km
Eni 30 km
Hündür nöqtəsi 60 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
76°30′00″ şm. e. 103°50′00″ q. u.
Ölkə  Kanada
Vilayət
  • Şimal
Rayon
  • Nunavut
Arxipelaq
Akvatoriya
Kameron adası xəritədə
Kameron adası
Kameron adası

Kameron adası (ing. Cameron Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları qrupuna aiddir. Adada hazırda yaşayış yoxdur (2012).

Coğrafiya

Adanın sahəsi 1059 km², sahil xəttinin sahəsi isə 219 km-dir[1]. Şimal-qərbdən cənub-şərqə uzunluğu 44 km, eni isə 20–30 km arasında dəyişir. Ada ərazisinin böyük hissəsini 20–60 m arası olan təpəliklər örtür. Relyefi cənub-şərqə doğru yüksəlir. Burada danın ən hündür zirvəsi olan Vilmot dağı yerləşir (Mt. Wilmot).

Kameron adası 4 iri adadan təşkil olunmuş qrupda ən şimalda yerləşənidir — Aleksandr, Messi, Vane. Kameron adası Baterst adasından qərbdə yerləşir. Vane adasından Arnott boğazı ilə ayrılır (Arnott Strait). Boğazın eni 3,75 km-dir[2].

İqtisadiyyat

Kameron adası Kanada Arktikasında neft hasil edilən ərazidir. 1985–1996-cı illərdə ikikorpuslu tankerlər Bent-Xorndən Monreala xam neft daşıyırdı. Burada cəmi 2,8 milyon barel (450 min m³) nerft daşınmışdır. Yataq 1974-cü ildə kəşf edilmişdir. Bu addım 1973-cü ildə neft böhranı ilə əlaqədar atılmışdır. Neft hasilatı 1996-cı ildə sərt arktik iqlim səbəbindən dayandırılmışdır[3].

İstinadlar

  1. "Atlas of Canada. List of Islands". 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  2. "The Island Encyclopedia. Cameron Island". 2010-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  3. "History of the Canadian Oil Industry (Key Dates)". 2010-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.