Baterst (ada)

Baterst ing. Bathurst IslandKanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Qərbbində Devon (ada) və Kornuollis adaları yerləşir.

Baterst adası
ing. Bathurst Island
Ümumi məlumatlar
Sahəsi 16,042 km²
Uzunluğu
  • 188.293,248 m
Eni 150 km
Sahil uzunluğu 1.548 km
Hündür nöqtəsi 350 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
75°10′00″ şm. e. 104°05′00″ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Baterst adası xəritədə
Baterst adası
Baterst adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sahəsi 16 042 km² təşkil edir, bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 54-cü, Kanadada isə 14-cü yeri tutur. Sahil xətdinin uzunluğu 2069 km-dir[1]. Ada hamar səthə malikdir. Bəzi yerlərdə 300–350 metr yüksəkliyə malikdir. XX əsrin 60–70 ci illərində Şimal maqnit qütbü onun ərazisində yerləşirdi. Adada çoxlu sayda yaşıl bitkilər var. Xüsusi ilə tundura bitkilərinin yaşamması üçün əlverişlidir. Burada Polar Bear Pass milli rezervarı yerləşir. Burada mamır, şibyə kiçik boylu ağaclar və otlar yetişir. 30 növ qütb quşları adada yuva qurur. Bundan əlavə ərazidə Karibu və Ağ ayıya rast gəlinir.

Ada 1819-cu ildə ingilis Vilyam Parri tərəfindən Şimal-Qərb keçidi tapmaq məqsədilə təşkil etdiyi ekspedisiya zamanı kəşf edilir. Ada Henri Baterstin şərəfinə adlandırılıb.

Əvvəllər ada Eskimoslar məskunlaşmışdı. Hahırda isə adada yaşayış yoxdur.

"Enzyklopädie des Wissens" Bd.1, Köln 1990.

  1. "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-09.