Kamil Aydın

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kamil Aydın
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
23 iyun 2015-ci ildən
Seçki dairəsiiyun, 2015Ərzurum
noyabr, 2015Ərzurum
2018Ərzurum
2023Ərzurum
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1963(1963-03-25)[1] (61 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Kamil Aydın (25 mart 1963[1], Ərzurum ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[2]

Həyatı

Kamil Aydın 25 mart 1963-cü ildə Ərzurum ilində anadan olub. Atatürk Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Həmin universitetdə Ədəbiyyat Bölməsində magistr dərəcəsi, İngiltərənin Vorvik Universitetində isə PhD dərəcəsi alıb.[2]

Atatürk Universitetində senatının üzvü, şöbə müdiri və İntizam Komitəsinin üzvü vəzifələrində çalışıb. Media, mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat və beynəlxalq əlaqələr sahələrində layihələri, işləri, araşdırmaları və tədqiqatları olub.[2]

MHP sədrinin müavinidir.[2]

İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini, TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifələrində çalışıb. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, NATO Parlament Assambleyasının üzvü, ATƏT Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.[2]

İngiliscəalmanca bilir. Evli və 2 uşaq atasıdır.[2]

İstinadlar

  1. 1 2 Kamil AYDIN // https://pace.coe.int/en/members/7972.
  2. 1 2 3 4 5 6 TBMM. "Kamil AYDIN". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.