Kamil Aydın (25 mart 1963[1], Ərzurum ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı.[2]
Kamil Aydın | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
23 iyun 2015-ci ildən | |
Seçki dairəsi | iyun, 2015 — Ərzurum noyabr, 2015 — Ərzurum 2018 — Ərzurum 2023 — Ərzurum |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1963[1] (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Kamil Aydın 25 mart 1963-cü ildə Ərzurum ilində anadan olub. Atatürk Universiteti Fənn və Ədəbiyyat Bölməsindən məzun olub. Həmin universitetdə Ədəbiyyat Bölməsində magistr dərəcəsi, İngiltərənin Vorvik Universitetində isə PhD dərəcəsi alıb.[2]
Atatürk Universitetində senatının üzvü, şöbə müdiri və İntizam Komitəsinin üzvü vəzifələrində çalışıb. Media, mədəniyyət, incəsənət, təhsil, ədəbiyyat və beynəlxalq əlaqələr sahələrində layihələri, işləri, araşdırmaları və tədqiqatları olub.[2]
İyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Ərzurum ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü, TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədr müavini, TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifələrində çalışıb. 28-ci çağırışda TBMM Xarici İşlər Komissiyasının üzvü, NATO Parlament Assambleyasının üzvü, ATƏT Parlament Assambleyasının üzvü vəzifələrində təmsil olunub.[2]
İngiliscə və almanca bilir. Evli və 2 uşaq atasıdır.[2]