Kazan adaları
Kazan adaları | |
---|---|
yap. 火山列島 | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3 |
Ümumi sahəsi | 30 km² |
Hündür nöqtəsi | 916 m |
Əhalisi | 400 nəfər (2010-cu il) |
Yerləşməsi | |
24°46′00″ şm. e. 141°18′00″ ş. u. | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kazan adaları[1] (yap. 火山列島) və ya İvo adaları — üç adadan ibarət olan adalar qrupu. Bonin adalarının cənubunda yerləşir. Oqasavara adaları ilə Marian adaları arasında qərarlaşan adalar Tokiodan 2000 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturası ərazisində yerləşir.
Coğrafiya
Vulkanik adalardır. Kazan adaları üç adadan ibarətdir:
- Şimali İoto (yap. 北硫黄島) "Şimal şimal ada" — sahəsi 5,57 km², hündürlüyü 792 m (Sakaqiqamine dağı)
- İoto (yap. 硫黄島) "Şimal ada" — sahəsi 20,6 km², hündürlüyü 169 m (Suribati dağı)
- Cənubi İoto (yap. 南硫黄島) "Şimal cənub ada" — sahəsi 3,54 km², hündürlüyü 916 m
İotoda Yaponiyanın özünümüdafiə dəniz qüvvələrinə məxsus avia baza yerləşir. Burada 400 əsgər vardır. Digər adalarda isə yaşayış yoxdur.
Tarixi
Kazan adaları 1889-ci ilə qədər yaşayışsız olmuşdur. Adalara İzu adalarından insanlar köçürülmüşdür. 1891-ci ildə adalar Yaponiyaya birləşdirilir[2][3].
1939-cu ildə adalarda 1100 nəfər yaşayırdı. İoto adasında Hiqasi, Minami, Nisi, Kita və Motoyama, Şimali İoto adasında isə İsinomura və Nisimura kəndləri yerlərşirdi.
Şəkillər
İstinadlar
- ↑ 火山列島 // Nihon Daihyakka Zensho (Nipponika) (Japanese). Tokyo: Shogakukan. 2013. OCLC 153301537. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
- ↑ 火山列島 // Nihon Rekishi Chimei Taikei (Japanese). Tokyo: Shogakukan. 2013. OCLC 173191044. 2007-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-09.
- ↑ Brand, Donald D. The Pacific Basin: A History of its Geographical Explorations The American Geographical Society (New York, 1967) p.123.