Kazan adaları[1] (yap. 火山列島) və ya İvo adaları — üç adadan ibarət olan adalar qrupu. Bonin adalarının cənubunda yerləşir. Oqasavara adaları ilə Marian adaları arasında qərarlaşan adalar Tokiodan 2000 km cənubda yerləşir. İnzibati cəhətdən Tokio prefekturası ərazisində yerləşir.
Kazan adaları | |
---|---|
yap. 火山列島 | |
Ümumi məlumatlar | |
Adaların sayı | 3 |
Ümumi sahəsi | 30 km² |
Hündür nöqtəsi | 916 m |
Əhalisi | 400 nəfər (2010-cu il) |
Yerləşməsi | |
24°46′00″ şm. e. 141°18′00″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vulkanik adalardır. Kazan adaları üç adadan ibarətdir:
İotoda Yaponiyanın özünümüdafiə dəniz qüvvələrinə məxsus avia baza yerləşir. Burada 400 əsgər vardır. Digər adalarda isə yaşayış yoxdur.
Kazan adaları 1889-ci ilə qədər yaşayışsız olmuşdur. Adalara İzu adalarından insanlar köçürülmüşdür. 1891-ci ildə adalar Yaponiyaya birləşdirilir[2][3].
1939-cu ildə adalarda 1100 nəfər yaşayırdı. İoto adasında Hiqasi, Minami, Nisi, Kita və Motoyama, Şimali İoto adasında isə İsinomura və Nisimura kəndləri yerlərşirdi.