Konstantin Knijnikov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Konstantin Knijnikov
rus. Константин Львович Книжников
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Staraya Kriuşa[ru], Boquçar qəzası[ru], Voronej quberniyası[ru], Rusiya İmperiyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, musiqi pedaqoqu
Fəaliyyət illəri 1912-ci ildən
Səs tembri dramatik bariton
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
"Şərəf nişanı" ordeni

Konstantin Lvoviç Knijnikov (rus. Константин Львович Книжников; 20 may 1883, Staraya Kriuşa[d], Voronej quberniyası[d]1 noyabr 1952, Bakı) — sovet opera müğənnisi (dramatik bariton), professor, Azərbaycan SSR xalq artisti (1940).

Həyatı

Konstantin Knijnikov 20 may 1883-cü ildə Voronej quberniyasının Staraya Kriuşa kəndində anadan olmuşdur.[1] Təhsilini Moskva UniversitetindəMoskvada A. Şpigelin Teatr Studiyasında almışdır. Səhnə fəaliyyətinə 1912-ci ildə Sankt-Peterburqda başlamış, həmin ildən 1916-cı ilədək buradakı musiqili dram teatrının solisti olmuşdur. 1916–1929-cu illərdə SSRİ-nin müxtəlif teatrlarında fəaliyyət göstərmişdir.[2] 1929–1946-cı illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[3][4]

Konstantin Knijnikov səhnədə 1946-cı ilədək çıxış etmişdir. O, ömrünün sonunadək pedaqoji fəaliyyət göstərərək bir sıra elmi əsərlər yazmış və 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuşdur.[5] Müğənni 1 noyabr 1952-ci ildə Bakıda vəfat etmişdir.[1]

İfa etdiyi əsas partiyalar

Dramatik bariton səsli Konstantin Knijnikov bir sıra operalarda müxtəlif partiyalar ifa edib:[6]

Təltif və mükafatları

İstinadlar

  1. 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 425.
  2. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 3. КетчерНежданова. М.: Советская энциклопедия. 1964. стб. 87. 41 300 экз.
  3. Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. сәһ. 100.
  4. Üzeyir Hacıbəyov ensiklopediyası. Bakı: Şərq-Qərb. 2007. səh. 120. ISBN 978-9952-34-075-4.
  5. Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 286–287.
  6. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. səh. 182. ISBN 978-9952-8021-9-1.

Xarici keçidlər