Kvemo-Kartli
Aşağı Kartli diyarı | |
---|---|
gürc. ქვემო ქართლის მხარე | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Rustavi |
Ən böyük şəhəri | Rustavi |
Qubernator | Şota Rehviaşvili[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1995 |
Sahəsi | 6 527.6[2] km² |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 425 000[3] nəfər (2015) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | GE-KK |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Aşağı Kartli diyarı (gürc. ქვემო ქართლის მხარე) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən biri. 1994–1996–cı illərdə həyata keçirilmiş inzibati islahatlar nəticəsində təşkil edilmişdir. Diyarın inzibati mərkəzi Rustavi şəhəridir.
İnzibati bölgü
İnzibati cəhətdən respublika tabeli Rustavi şəhərindən və altı bələdiyyədən (Başkeçid, Bolnisi, Marneuli, Qarayazı, Salka, Tetri Tskaro) ibarətdir. Aşağı Kartlinin inzibati mərkəzi Rustavi şəhəridir. Ətraflı olaraq bax: Borçalı
Əhalisi
Əhali sayının dinamikası | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Tarix | Əhali | Tarix | Əhali | Tarix | Əhali | ||||
17.01.2002 | 497 530[4] | 01.01.2006 | 507 600[3] | 01.01.2007 | 508 300[5] | ||||
01.01.2008 | 486 900[5] | 01.01.2009 | 488 800[5] | 01.01.2010 | 499 900[6] | ||||
01.01.2011 | 505 700[7] | 01.01.2012 | 511 300[7] | 01.01.2013 | 511 100[7] | ||||
01.01.2014 | 513 100[3] | 05.11.2014 | 424 769[4] | 01.01.2015 | 425 000[3] |
01 yanvar 2020-ci il tarixinə əsasən diyarın ümumi əhalisi 434.200 nəfər olmuşdur. Onlardan 189.700 nəfəri şəhərlərdə, 244.500 nəfəri isə kəndlərdə yaşayırdı.[8] 2002-ci ildə kənd əhalisinin 152.456 nəfəri kişilərdən, 158.569 nəfəri isə qadınlar təşkil edirdi. Həmin il yekunlarına əsasən kənd əhalisinin 62.50%-i azərbaycanlılardan, 28.40%-i gürcülərdən, 6.70%-i ermənilərdən, 1.50%-i urumlardan, 0.40%-i ruslardan və 0.50%-i digərlərindən ibarət idi. Siyahıyaalınma vaxtı diyarın tərkibinə 6 rayon (2006-cı ildən sonra "bələdiyyə"), 7 şəhər, 8 qəsəbə, 104 sakrebulo və 348 kənd daxil idi. 348 kənddən 147-də azərbaycanlılar, 128-də gürcülər, 31-də ermənilər, 25-ində urumlar, 2-də isə osetinlər əksəriyyət təşkil edirdi, qalan 15 kənddə isə əhali yaşamırdı.
2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 423 986 nəfər təşkil edib və bu göstəriciyə görə Aşağı Kartli Gürcüstanda 2-ci yerdədir.[9] 51,3% əhali təşkil edirlər gürcülər isə 41,8% azərbaycanlılar.[10] Vilayətin qubernatoru Şota Rehviaşvilidir.
Həmçinin bax
İstinadlar
- ↑ "7 ახალი გუბერნატორიდან ყველა კაცია". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები: ტომი I. მთავარი რედაქტორი: თეიმურაზ ბერიძე. თბილისი: საქართველოს სტატისტიკის ეროვნული სამსახური, 2003, გვერდი 53. ISBN 99928-0-768-7
- ↑ 1 2 3 4 Population. — Number of population by municipalities, page 18. // Demographic Situation in Georgia. Statistical Abstract. Author: National Statistics Office of Georgia. Editor: Tsekvava Tengiz; Responsible for the edition: Shavishvili Paata. Tbilisi — 2015, 100 pages. (gürc.) (ing.)
- ↑ 1 2 "Preliminary Results of 2014 General Population Census of Georgia" (PDF). National Statistics Office of Georgia. 23 October 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 may 2015. Arxivləşdirilib: gürc. ing.
- ↑ 1 2 3 "Population by Municipalities for the Beginning of the Year (Thousands)" (ingilis). National Statistics Office of Georgia. Archived from the original on 2015-10-24. İstifadə tarixi: 2015-10-24..
- ↑ "Number of Population is Increasing" (PDF) (ingilis). National Statistics Office of Georgia. 31 may 2012. Archived from the original on 2015-10-23. İstifadə tarixi: 2015-10-24..
- ↑ 1 2 3 "Number of Population as of January 1, 2013" (PDF) (ingilis). National Statistics Office of Georgia. 30 aprel 2013. Archived from the original on 2015-10-23. İstifadə tarixi: 2015-10-24..
- ↑ "Gürcüstanda əhali azalıb". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
- ↑ "მოსახლეობის საყოველთაო აღწერა 2014". საქართველოს სტატისტიკის ეროვნული სამსახური. ნოემბერი 2014. 2018-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 ივლისი 2016.
- ↑ "georgia-ethnic-2014". 2018-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.