Ləkətağ nekropolu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ləkətağ nekropoluCulfa rayonunda Ləkətağ kəndinin girəcəyində, Əlincəçayın sahilində, ilk dəmir dövrünün sonuna aid arxeoloji abidə.[1]

Haqqında

Şimalda həyətyanı sahə, qərbdə isə dərə ilə sərhədlənir. Çox da hündür olmayan təpənin üstündədir. Şərq tərəfdən torpaq yol keçir. Yol çəkilərkən (1975) nekropol dağıdılmış, lakin aşkar olunmuş materiallar yığılıb saxlanmamışdır. Müşahidələrə əsasən qəbirlər daş qutu tipli olmuşdur. Ərazidə forma verməyən Boyəhməd nekropollarından aşkar edilmiş materiallara oxşar gil qab qırıqlarına təsadüf edilmişdir. Abidənin e.ə.1-ci minilliyin əvvəllərinə aid olması ehtimal edilir.[1]

İstinadlar

  1. 1 2 Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 355. ISBN 5-8066-1468-9.