Ləkətağ nekropolu — Culfa rayonunda Ləkətağ kəndinin girəcəyində, Əlincəçayın sahilində, ilk dəmir dövrünün sonuna aid arxeoloji abidə.[1]
Şimalda həyətyanı sahə, qərbdə isə dərə ilə sərhədlənir. Çox da hündür olmayan təpənin üstündədir. Şərq tərəfdən torpaq yol keçir. Yol çəkilərkən (1975) nekropol dağıdılmış, lakin aşkar olunmuş materiallar yığılıb saxlanmamışdır. Müşahidələrə əsasən qəbirlər daş qutu tipli olmuşdur. Ərazidə forma verməyən Boyəhməd nekropollarından aşkar edilmiş materiallara oxşar gil qab qırıqlarına təsadüf edilmişdir. Abidənin e.ə.1-ci minilliyin əvvəllərinə aid olması ehtimal edilir.[1]