Lamiyə Hacı Bəşər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Lamiyə Hacı Bəşər
Doğum tarixi 1998
Doğum yeri
Fəaliyyəti insan hüquqları fəalı
Fəaliyyət illəri 2014-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار‎; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür.[1]

Həyatı

Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir.[2][3] Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir.

Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.[3]

İstinadlar

  1. "Sakharov prize: Yazidi women win EU freedom prize". www.bbc.co.uk (ingilis). BBC News. 27 oktyabr 2016. 2 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
  2. Kəmali Dəğan, Səid; Qraham-Harrison, Emma. "Yazidi women who escaped from Isis win EU human rights prize" (ingilis). The Guardian. 27 oktyabr 2016. 28 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.
  3. 1 2 "Nadia Murad and Lamiya Aji Bashar winners of 2016 Sakharov Prize". www.europarl.europa.eu (ingilis). European Parliament. 27 oktyabr 2016. 29 yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2019.