Lamiyə Hacı Bəşər (ərəb. لمياء حجي بشار; 1998, Koço[d], Neynəvə mühafəzəsi) — yezidi əsilli İraq insan haqları fəalı. O, 2016-cı ildə Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür.[1]
Lamiyə Hacı Bəşər | |
---|---|
Doğum tarixi | 1998 |
Doğum yeri | |
Fəaliyyəti | insan hüquqları fəalı |
Fəaliyyət illəri | 2014-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Lamiyə Hacı Bəşər 1998-ci ildə İraqın Sincar şəhəri yaxınlığında yerləşən Koço kəndində anadan olmuşdur. O, 2014-cü ilin avqust ayında Nadiya Murad ilə birlikdə İraq Şam İslam Dövləti tərəfindən qaçırılmış və seksual köləliyə vadar edilmişdir.[2][3] Terror təşkilatı onu intihar bombaçıları üçün jiletlər hazırlamağa məcbur edilmişdir.
Lamiyə Hacı Bəşər 2016-cı ilin aprel ayında əsarətdən yerli qaçaqmalçılara ödəniş edən ailəsinin dəstəyi ilə qaça bilmiş, fəqət bu zaman minaya düşmüşdür. O, Almaniyada müalicə almağa göndərilir. 2016-cı ilin oktyabr ayında Lamiyə Hacı Bəşər Nadiya Murad ilə birlikdə Saxarov mükafatına layiq görülmüşdür. Mükafat mərasimi həmin ilin dekabr ayında keçirilmişdir.[3]