Maqnitski aktı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Maqnitski aktı (ing. Magnitsky Act) — 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir.[1] Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib.[1] Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir.[1] ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən RusiyaMDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib.[1]

Zəmin

Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib.[2] Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb.[2] Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır.[2]

Qanun

Siyahı

Siyahıdakı ilkin 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyətda şübhəli bilinən şəxslərdir.[2] Siyahıda olanlardan biri — Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub.[3]

  • Artyom Kuznetsov, Rusiya Daxili İşlər Nazirliyinin Moskva bölgəsi üzrə vergi müstəntiqi
  • Pavel Karpov, Daxili İşlər Nazirliyinin Moskva bölgəsi üzrə baş müstəntiqi
  • Oleq F. Silçenko, Daxili İşlər Nazirliyinin baş müstəntiqi
  • Olqa Stepanova, 28 nömrəli Moskva vergi ofisinin sədri
  • Yelena Staşina, Tver rayonu məhkəmə hakimi, Maqnitskinin həbsini artırdığına görə
  • Andrey Peçeqin, Baş Prokurorluğun istintaq nəzarət şöbəsinin müdir müavini
  • Aleksey Droqanov
  • Yelena Ximina
  • Dmitriy Komnov
  • Aleksey Krivoruçko, Tver rayonu məhkəmə hakimi
  • Oleq Loqunov
  • Sergey Q. Podopriqorov, Tver rayonu məhkəmə hakimi
  • İvan Pavloviç Prokopenko
  • Dmitri M. Tolçinskiy
  • Svetlana Uxnalyova
  • Natalya V. Vinoqradova
  • Kazbek Dukuzov, Pol Xlebnikovun qətlində günahlandırılır
  • Leça Boqatırov, Avstriya orqanları tərəfindən Umar İsrailovun qətlində günahlandırılır

Rusiya hakimiyyətinin reaksiyası

2013-cü il 12 apreldə rəsmi Moskva "Maqnitski siyahısı"na cavab olaraq 18 ABŞ vətəndaşının Rusiyaya girişini yasaqlayıb.[2]

İstinadlar

  1. 1 2 3 4 "Azərbaycan genişləndirilmiş "Maqnitski aktı"na düşəcəkmi?". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.
  2. 1 2 3 4 5 "Rusiya "Maqnitski siyahısına" öz siyahısı ilə cavab verib". 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.
  3. "Sanksiyalar siyahısına 18 Rusiya rəsmisi salınır". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-22.