Pol Xlebnikov (ing. Paul Khlebnikov 3 iyun 1963[1], Nyu-York, Nyu-York ştatı – 9 iyul 2004[1], Moskva) — ABŞ jurnalisti. "Forbes" jurnalının Rusiya versiyasının baş redaktoru olan Xlebnikov rus əsilli amerikalı idi.
Pol Xlebnikov | |
---|---|
(ing. Paul Khlebnikov) | |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York, ABŞ |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | Qətlə yetirilib |
Həyat yoldaşı | Helen Treyn |
İxtisası | Jurnalist |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, reportyor, yazıçı, publisist, baş redaktor |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Xlebnikov 2004-cü il iyulun 9-da "Forbes" jurnalının redaksiyasından çıxan zamanı muzdlu qatil tərəfindən qətlə yetirilmişdi.[2]
2000-ci ildə işıq üzü görən "Kremlin xaç atası Boris Berezovski, yaxud Rusiyanın qarət olunma tarixi" və 2003-cü ildə yazdığı "Barbarla söhbət" kitablarında biznesmen Boris Berezovskini və çeçen səhra komandiri Xocəhməd Nuxayevi çoxsaylı cinayətlərdə ittiham etmişdi.[3] Bundan başqa, 2004-cü ildə ölümündən bir neçə ay əvvəl "Forbes" jurnalında Rusiyanın ən zəngin insanlarından ibarət reytinq siyahısı da tərtib etmişdi. Siyahıya bir sıra nüfuzlu biznesmenlər və siyasətçilər daxil edildiyi üçün jurnalistə qarşı təzyiqlər artmışdı.[4]