Mari-Luis Koleyra Preka

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mari-Luis Koleyra Preka
ing. Marie Louise Coleiro Preca
Doğum tarixi 7 dekabr 1958(1958-12-07)[1] (65 yaş)
Uşağı 1
Təhsili
Fəaliyyəti siyasətçi
Partiyası
president.gov.mt/il-pres…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mari-Luis Koleyra Preka (malta Marie Louise Coleiro Preca 7 dekabr 1958[1]) — Malta Leyborist Partiyasının üzvü, maltalı siyasətçi, 4 aprel 2014-cü ildən bəri Malta Prezidenti[2].

Bioqrafiyası

Mari-Luis Koleyra Preka 1958-ci ilin sonunda Malta adasının mərkəzində (o zaman İngilis müstəmləkəsi) Qormi şəhərində anadan olmuşdur. Malta Universitetini bitirib.

1982-1991-ci illərdə baş katib vəzifəsini tutarkən Maltanın Leyboristlər partiyasına rəhbərlik edən ilk qadın olur. Bundan əlavə müxtəlif dövrlərdə sosialist gənclərin milli bürosunun üzvü, partiyanın qadın şöbəsinin müdiri (1996-2001) və partiyanın İl-Ħelsien qəzetinin naşiri vəzifələrində çalışmışdır. 1998-ci ildən Malta Leyboruist Partiyasından Malta Parlamentinə seçilir. Alfred Sant Leyborist Partiyasının lideri vəzifəsindən istefa verdikdə, yeni bir liderin seçilməsində iştirak edir. Lakin heç bir nəticə əldə edə bilmir. 2013-cü ilin mart ayında Cozef Muskat hökumətinə Ailə və Sosial Həmrəylik Naziri olaraq çalışır. 2014-cü ilin mart ayının əvvəlində ölkənin Baş naziri onu Malta prezidenti vəzifəsinə tövsiyə edir və qısa müddətdə bu vəzifəyə təsdiq edilir[3]. Aprelin 4-də yeni prezident vəzifəyə başlayır.

Faktlar

  • Mari-Luis Koleyra Preka Aqata Barbaradan sonra Maltanın ikinci qadın prezidenti olur[4].
  • Mari-Luis Koleyra Preka Maltanın ən gənc prezidentidir[2].

Mükafatları

Malta

  • Qrossmeyster və Milli Fəxri Ordenin Kompanyonu (4 aprel 2014-cü il)
  • Respublika naminə ordeninin Qrosmeysteri (4 aprel 2014-cü il)

Xarici dövlət mükafatları

  • Müqəddəs Mixail və Qeorqi Ordeninin böyük xaçının fəxri xanımı (noyabr 2015-ci il, Böyük Britaniya[5])
  • Şahzadə Müdrik Yaroslav Ordeninin xanımı, 1-ci dərəcə (15 may 2017, Ukrayna[6])
  • "İtaliya Respublikas qarşısında xidmətə görə" Böyük Xaç Xanımının bəzədilmiş lentli ordeni (7 sentyabr 2017, İtaliya)
  • İnfanta Don Enrike ordeninin Böyük Zəncirinin xanımı (15 may 2018, Portuqaliya)
  • Respublika Ordeninin Böyük Xaçı (5 fevral 2019,Tunis)
  • 1-ci dərəcəli Müqəddəs Anastasiya İmperator Ordeninin xanımı (21 iyun 2017, Rusiya)
  • Romanovlar Ailəsinin 400 ilik yubileyi medalının sahibi (Rusiya)
  • Balkan Dağlarının Böyük Xaçı Ordeni (2 noyabr 2016-cı il, Bolqarıstan)

Mənbə

İstinadlar

  1. 1 2 Marie-Louise Coleiro Preca // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 "Новым президентом Мальты назначена Мари-Луиз Колейро Прека". 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  3. "Мария Луиз Колейро Прека станет новым президентом Мальты". 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-04.
  4. "Coleiro Preca to be named as President within days". 2015-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-19.
  5. Honorary awards Arxivləşdirilib 2018-05-15 at the Wayback Machine (ing.)
  6. Указ Президента України № 130/2017 від 15 травня 2017 року «Про нагородження орденом князя Ярослава Мудрого» Arxivləşdirilib 2017-06-03 at the Wayback Machine (ukr.)