Mark Rutte

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mark Rutte
nid. Mark Rutte[1]
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1967(1967-02-14)[2][1][…] (57 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi, müəllim

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mark Rutte (nid. Mark Rutte; 14 fevral 1967[2][1][…], Haaqa, Niderland[1]) — Niderlandın baş naziri.

Həyatı

14 fevral 1967-ci il tarixində Haaqada anadan olmuşdur. 1984-cü ildə Haaqada orta məktəbi bitirmişdir. 1984–1992-ci illərdə Leyden Universitetində Niderland tarixi üzrə təhsil almışdır. 1988–1991-ci illərdə "İnsanların Azadlığı və Demokratiyası Partiyası"nın (VVD) gənclər təşkilatının milli sədri olmuşdur.

1992–1997-ci illərdə "Unilever" şirkətində kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 1993–1997-ci illərdə VVD partiyasının icra aparatının üzvü olmuşdur. 1997–2002-ci illərdə "Unilever" şirkətinin "Van den Bergh Nederland" bölümündə kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 2002–2002-ci illərdə "Unilever" şirkətinin "İGLOMora Group BV" şöbəsində kadrlar üzrə direktor vəzifəsində çalışmışdır .

2002–2004-cü illərdə I və II Belkenende hökumətlərində Sosial Təminat və Məşğulluq üzrə Dövlət Katibi vəzifəsində çalışmışdır. 2004–2006-cı illərdə II Balkenende hökumətində Təhsil, Mədəniyyət və Elm məsələləri üzrə Dövlət Katibi vəzifəsində çalışmışdır. 2003-cü ildə VVD partiyasının Nümayəndələr Palatasının təmsilçisi olmuşdur. 29 iyun 2006-cı ildə Parlamentdə çoxluq təşkil edən VVD partiyasının lideri olub. 31 may 2006-cı ildən VVD partiyanın siyasi lideridir.

İstinadlar

Xarici keçidlər