Mark Rutte (nid. Mark Rutte; 14 fevral 1967[2][1][…], Haaqa, Niderland[1]) — Niderlandın baş naziri.
Mark Rutte | |
---|---|
nid. Mark Rutte[1] | |
| |
Vəzifədədir | |
1 oktyabr 2024-cü ildən | |
Əvvəlki | Yens Stoltenberq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1967[2][1][…] (57 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, tarixçi, müəllim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[3], xarici siyasət[3], Beynəlxalq təhlükəsizlik[3], Beynəlxalq təşkilat[3] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
14 fevral 1967-ci il tarixində Haaqada anadan olmuşdur. 1984-cü ildə Haaqada orta məktəbi bitirmişdir. 1984–1992-ci illərdə Leyden Universitetində Niderland tarixi üzrə təhsil almışdır. 1988–1991-ci illərdə "İnsanların Azadlığı və Demokratiyası Partiyası"nın (VVD) gənclər təşkilatının milli sədri olmuşdur.
1992–1997-ci illərdə "Unilever" şirkətində kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 1993–1997-ci illərdə VVD partiyasının icra aparatının üzvü olmuşdur. 1997–2002-ci illərdə "Unilever" şirkətinin "Van den Bergh Nederland" bölümündə kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 2002–2002-ci illərdə "Unilever" şirkətinin "İGLOMora Group BV" şöbəsində kadrlar üzrə direktor vəzifəsində çalışmışdır .
2002–2004-cü illərdə I və II Belkenende hökumətlərində Sosial Təminat və Məşğulluq üzrə Dövlət Katibi vəzifəsində çalışmışdır. 2004–2006-cı illərdə II Balkenende hökumətində Təhsil, Mədəniyyət və Elm məsələləri üzrə Dövlət Katibi vəzifəsində çalışmışdır. 2003-cü ildə VVD partiyasının Nümayəndələr Palatasının təmsilçisi olmuşdur. 29 iyun 2006-cı ildə Parlamentdə çoxluq təşkil edən VVD partiyasının lideri olub. 31 may 2006-cı ildən VVD partiyanın siyasi lideridir.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |