Mirəbdülvahab Seyyid Zərgər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mirəbdülvahab Seyyid Zərgər
Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov
Təxəllüsü Сеид Заргяр
Doğum tarixi 1880
Doğum yeri
Vəfat tarixi 1920
Vəfat yeri
Fəaliyyəti şair
Üzvlüyü

Mirəbdülvahab Seyyid Zərgər (tam adı: Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov; 1880, Bakı1920, Bakı) — maarif xadimi, pedaqoq, şair.

Həyatı

Bakıda təşkil olunmuş şairlər məclisindən "Məcməüş-şüara"nın üzvü olan və "Seyyid Zərgər" təxəllüsü ilə tanınan Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov 1880-ci ildə Bakıdan anadan olmuşdur. Şairin ulu babası vaxtilə Cənubi Azərbaycanın Səbzəvar şəhərlərindən köçərək Bakıya gəlmiş və burada yaşamışdır Şair 1920-ci ildə vəfat etmişdir.[1]

Bakı müəllim və şairləri. 1916. Soldan. 1-ci cərgə: 1) (Mir)bədrəddin Seyidzadə "Bədri", 2) Mirəbdülvahab Seyyid Zərgər "Seyid Zərgər", 3) Mikayıl Məhəmmədəli oğlu "Seydi", 4) Əbdülxalıq Cənnəti "Cənnəti", 5) Ağadadaş Müniri "Müniri", 6) Mirsadıq "Sadiq", 7) Nemət Bəsir Hacıyev. 2-ci və 3-cü cərgələr: 1) Hacı Səlim Səyyah Qasımzadə "Səyyah", 2) Hüseynqulu "Tülui", 3) Mirmahmud Əliəsgərli "Nuri", 4) Ağadadaş Ələkbərov "Dərviş", 5) Hüseynqulu "Sacid", 6) Nüsrət Ərdəbili, 7) Mirzəbala Qardaş "Xadim", 8) Mirzə Xəlil Canıbəyov, 9) Əliabbas Müznib "Müznib", 10) Əliağa Vahid "Vahid", 11) Əbdürrəhman "Asim", 12) Əmin Abid Gültəkin "Abid", 13) Sultan "Gülşəni", 14) Hənəfi Zeynallı, 15) Əlisəttar İbrahimov

Fəaliyyəti

Seyid Zərgər dövri mətbuatda çap etdirdiyi şeirlərinin bir qismində xalqı maarifə, təhsilə çağırır, millətin geridə qalmasını Sabiranə tənqid edirdi. "İrşad" qəzetindən başlamış bir çox mətbuatda mütərəqqi ideyaları çıxış etdiyi üçün camaat arasında ləkələnir və "Kimyagər". "Qızılçı", "Daruşgənə", "Mehtər Nəim" ("Məzəli", "Babayi-Əmir"), "Əbülbəşər" (Arı") kimi gizli imzaları çıxış etməyə məcbur olur.

Həmçinin bax

İstinadlar