Hacı Səlim Səyyah (tam adı: Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu; d.1869, Vilnüs şəh. — ö.1943, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair.
Hacı Səlim Səyyah | |
---|---|
Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Vilnüs |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Atası | Hacı Qasım |
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
Hacı Səlim Səyyah 1869-cu ildə Vilnüsdə ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Vilnüsdə (1883-1885) rus dilində almışdır. Daha sonra İstanbulda türk və fars dillərində (1885-1887) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində (1887–1900) orta təhsil almışdır.[1]
Hacı Səlim Səyyah Bakıda "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906–1907) dinləyici olmuş, ibtidai məktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığı illərdə mühacir komissiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xidmətə başlamış, Türkiyə, Rusiya, Misir, Hindistan və Bolqarıstan,Ərəbistan, Afrika ölkələrinə səyahət etmişdir. Bombey şəhərində ingilislərin təşkil etdiyi "Ölüm qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur. Səyahətinin ilk çağlarında Ərəbistanda muzdlu hərbi xidmətə qəbul olunmuş, dağıstanlı Məhəmməd paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir.
Hacı Səlim Səyyah dörd il Qahirənin "Əl-Əhzəd" Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə" adlı kitabı çıxmışdır. 1900-cü ildə Bakıya qayıdan şair "Nəşri-maarif" xeyriyyə cəmiyyətində 1 saylı məktəbin direktoru olmuşdur. 1913-cü ildə vəsait olmaması üzündən məktəblər şəhər idarəsinin ixtiyarına keçərkən, Hacı Səlim 9-cu "rus-müsəlman" məktəbinə müəllim təyin edilmişdir.[1][2]
1915-ci ildə "Məktəb" adlı mətbəə açaraq 1915-1917-ci illərdə 20-dək şeir və nəsr kitablarını çap etdirmişdir. 1917-ci ildə Anadolu hərbzədələri haqqında ilk kitab nəşr etdirmiş, "Qardaş köməyi" toplusunda "Hamı ağlayır, mən də ağlayıram" şerini dərc etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhər 3-cü türk məktəbində ana dili, nəğmə, idman müəllimi işləmişdir.[1]
Hacı Səlim zəngin ədəbi irs yaratmışdır. Pedaqoq-şair "Korlar məktəbi" (1915), "Küçə uşaqları" (1916), "Bahar" (1916), "Xəzan" (1916), "Buz sındıran" (1917), "Eşq" (1917), "Suri-İsrafil" (1917), "Şeyx və intiligent" (1917), "Ənuşiravanın nəsayihi", "Həyyi-əla xeyrül-əməl", "Siratəl-müstəqim", "Məkkə xatiratım", "Mey, məşuqə və qumar, yaxud bir əyyaşın macərası", "Hesab əyləncələri" və s. əsərlərin müəllifidir.
Mart soyqırımı ərəfəsində Bakıda faciənin iştirakçısına çevirilən H.S.Səyyah bu mövzuda bir neçə şeir və məqalə yazmışdır. Bunlardan ən təsirlisi "Mart ayı" sərlövhəli təxmisidir. Şairin təsvir etdiyi hadisəni Şamaxı sakini Cəmo Cəbrayılbəyli FTK-ya verdiyi izahatında belə yazırdı:
"1918-ci ilin martında ermənilər top mərmiləri ilə Cümə məscidini və onunla üzbəüz yerləşən mədrəsəni xarabalığa çevirdilər. O zaman məsciddə çoxlu qadınlar, uşaqlar, qocalar gizlənmişdi. Onların arasında şəhərin ən hörmətli ağsaqqallarından olan axund Molla Cəfərqulu da var idi. Erməni bandaları məscidə soxulur, axundu tapıb gözlərini çıxarırlar, dilini, burnunu və qulaqlarını kəsirlər, üzünün və başının dərisini diri-diri soyurlar. Sonra işgəncə ilə öldürürlər. Məsciddə gizlənən arvad-uşaqları isə qatillər diri-diri yandırırlar".
Bu tükürpərdici dəhşətli mənzərə yazıçı təxəyyülünün məhsulu deyil, şahid ifadəsi, tarixi faktdır. Bu həqiqətlər amansızlığın və qəddarlığın miqyası baxımından yalnız erməni təfəkkürünün məhsulu, erməni cəza və işgəncə üsulunun növləridir. Dünyada analoqu olmayan, təkrarsız işgəncə növlərinin, vəhşilik nümunələrinin şahidi olan Hacı Səlim Səyyah "Mart ayı" şeirində yazırdı:
Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq, Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq, Südəmərlər nizə nukində çalardı əl-ayaq. Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.[2] |