Mirəbdülvahab Seyyid Zərgər (tam adı: Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov; 1880, Bakı – 1920, Bakı) — maarif xadimi, pedaqoq, şair.
Mirəbdülvahab Seyyid Zərgər | |
---|---|
Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov | |
Təxəllüsü | Сеид Заргяр |
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Bakıda təşkil olunmuş şairlər məclisindən "Məcməüş-şüara"nın üzvü olan və "Seyyid Zərgər" təxəllüsü ilə tanınan Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov 1880-ci ildə Bakıdan anadan olmuşdur. Şairin ulu babası vaxtilə Cənubi Azərbaycanın Səbzəvar şəhərlərindən köçərək Bakıya gəlmiş və burada yaşamışdır Şair 1920-ci ildə vəfat etmişdir.[1]
Seyid Zərgər dövri mətbuatda çap etdirdiyi şeirlərinin bir qismində xalqı maarifə, təhsilə çağırır, millətin geridə qalmasını Sabiranə tənqid edirdi. "İrşad" qəzetindən başlamış bir çox mətbuatda mütərəqqi ideyaları çıxış etdiyi üçün camaat arasında ləkələnir və "Kimyagər". "Qızılçı", "Daruşgənə", "Mehtər Nəim" ("Məzəli", "Babayi-Əmir"), "Əbülbəşər" (Arı") kimi gizli imzaları çıxış etməyə məcbur olur.