Miri Qənbərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Miri Qənbərov
bayraq
Azərbaycan Respublikasının ticarət naziri
bayraq2
16 oktyabr 1994 – 24 iyun 1997
ƏvvəlkiRizvan Huseynov
SonrakıFərhad Əliyev
Azərbaycan Respublikası II və III çağırış Milli Məclisinin deputatı
bayraq2
2000 – 2010
Şəxsi məlumatlar
Doğum adı Miri Əhəd oğlu Qənbərov
Doğum tarixi 25 may 1935(1935-05-25)
Doğum yeri
Vəfat tarixi 11 fevral 2020(2020-02-11) (84 yaşında)
Vəfat yeri
Partiya
Təhsili

Təltifləri "Şöhrət" ordeni

Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri.

Həyatı

Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir.

1956-1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir.

1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir.

İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür. Ailəlidir, 4 övladı var.

Miri Qənbərov 11 fevral 2020-ci ildə vəfat edib.

İstinadlar