Monqol-tatar boyunduruğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kulikovo döyüşü. Adolf İvon. 1849-cu il.

Monqol-tatar boyunduruğu (rus. Монголо-татарское иго),[1] orda hökmranlığı (rus. ордынское владычество),[2][3] sovet tarixşünaslığında Monqol-tatar zülmü (azərb-kiril. Монгол-татар зүлмү)[4]Rusiyada monqol-tatar feodallarının XIII–XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi.

Tarixi

Rusiyada qurulan bu sistem işğal olunmuş yerləri ağır vergilər və soyğunçu yürüşlər vasitəsilə müntəzəm istismar etmək məqsədini güdürdü. Rus knyazlıqları bilavasitə Monqol feodal imperiyasına daxil deyildi. Onlara baskaklarmonqol-tatar xanlarının digər nümayəndələri nəzarət edirdilər. Monqol-tatar boyunduruğu formal surətdə 1243-cü ildə, knyaz Yaroslav Vsevolodiviçin monqol xanından Böyük Vladimir knyazlığına yarlıq alması ilə bərqərar oldu. XIII əsrin 60-cı illərinədək rus torpaqları Böyük Monqol, sonra isə Qızıl Orda xanlarının hakimiyyəti altında idi. Monqol-tatarların vergi və mükəlləfiyyətlərinin 14 növü var idi. İşğalçılar üçün ruhanilərdən istifadə etməyə çalışırdılar və bu məqsədlə onları vergilərdən azad etmişdilər. Yığılan xəracın çox hissəsi Monqolustana – böyük xana göndərilirdi. Qızıl Orda xanları rus torpaqlarına tez-tez yürüşlər edirdilər. Lakin rus knyazları mübarizəni dayandırmırdı. Moskva knyazlığının güclənməsi ilə monqol-tatar boyunduruğu tədricən zəifləməyə başladı. Moskva knyazı Dmitri İvanoviç Donskoy xan yarlığına tabe olmadı və Böyük Vladimir knyazlığını zorla ələ keçirdi. 1382-ci ildə Toxtamış Moskvanı tutduqdan sonra rus knyazlıqları yenidən xərac verməyə və monqol-tatar hakimiyyətini tanımağa məcbur oldular. Vasili I Dmirtiyeviçin vaxtında monqol-tatar boyunduruğu nominal xarakter daşıyırdı. Yedigeyin 1408-ci ildə rus knyazlıqlarında hakimiyyəti bərpa etmək cəhdi müvəffəqiyyət qzanmadı. XV əsrdə monqol-tatarlar rus torpaqarına bir sıra yürüş keçirsələr də, hakimiyyətlərini bərpa edə bilmədilər. Rus torpaqlarının Moskva ətrafında birləşməsi monqol-tatar boyunduruğunu son qoymaq üçün əlverişli şərait yaratdı. Moskva böyük knyazı III İvan Vasiliyeviç 1476-cı ildə xərac verməkdən imtina etdi. 1480-ci ildə Böyük Orda xanı Əhmədin müvəffəqiyyətsiz yürüşlərindən sonra monqol-tatar boyunduruğu qəti ləğv olundu. Təqribən 240 il davam edən monqol-tatar boyunduruğu Rus torpaqlarının iqtisadi, siyasi və mədəni inkişafına mənfi təsir göstərmişdir.[4]

İstinadlar

  1. Кучкин, В. А. Монголо-татарское иго // Осипов, Ю. С. (redaktor). Большая российская энциклопедия (rus). =20. М.: Большая российская энциклопедия,. 2017. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
  2. "Из единого учебника истории исчезнет татаро-монгольское иго" (ru /deadlink=yes). 30 oktyabr 2013. 31 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2021.
  3. Историко-культурный стандарт и учебник истории, написанный на его основе: История России.6 класс. Учебник для общеобразовательных организаций. Ч2 / под ред. А. В. Торкунова. — М.: Просвещение, 2017. С.31–34
  4. 1 2 Монгол-татар зүлмү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 44.

Əlavə ədəbiyyat

  • Гальперин Ч. Глава 7.1 Внутренняя политика Улуса Джучи. Центральная власть и русские княжества // История татар с древнейших времен (в семи томах). Улус Джучи (Золотая Орда) XIII — середина XV в. — Казань: Академия Наук Республик Татарстан. Институт Истории им. Ш. Шарджани, 2009. — Т. 3. — 1055 с.
  • Греков Б. Д., Якубовский А. Ю. Золотая Орда и её падение. — "Богородский печатник", 1998. — ISBN 5-89589-005-9.
  • Гумилёв Л.Н. Чёрная легенда. — М., 2005. — ISBN 5-8112-1276-3.
  • Каргалов В. В. Освободительная борьба Руси против монголо-татарского ига // "Вопросы истории". — 1969. — № 2–4.
  • Каргалов В. В. Феодальная Русь и кочевники. — М., 1967.
  • Каргалов В. В. Монголо-татарское нашествие на Русь. — М., 1966.
  • Каргалов В. В. Конец ордынского ига / Отв. ред. д-р ист. наук В. И. Буганов. — М.: Наука, 1980. — 152 с. — (Страницы истории нашей Родины). — 200 000 экз. (обл.)
  • Насонов А. Н. Монголы и Русь. — М. — Л., 1940.
  • Петрушевский И. П. Поход монгольских войск в Ср. Азию в 1219–1224 гг. и его последствия. Татаро-монголы в Азии и Европе. — "Наука", 1977. — ISBN 5-85220-101-4.
  • Похлёбкин В. В. Татары и Русь. — М.: Международные отношения, 2005. — ISBN 5-7133-1008-6.
  • Селезнев Ю.В. Русско-ордынские конфликты XIII–XV веков. Справочник. — М.: Квадрига, 2010. — 224 с.
  • Селезнев Ю.В. Батыева заповедь: картины ордынского плена. — Воронеж: Воронежский Государственный Университет. Исторический Факультет, 2013. — 336 с.
  • Трепавлов В. Введение // Золотая Орда в мировой истории (коллективная монография). — Казань: Институт истории им. Ш.Марджани Академии Наук Республики Татарстан, 2016. — 968 с.
  • Фроянов И. Я. Нашествие на русскую историю. — СПб. : Русская коллекция, 2020. — 1088 с. — 300 экз.— ISBN 978-5-00067-019-4.
  • Большая советская энциклопедия
  • Полное собрание русских летописей. — 2001. — ISBN 5-94457-011-3.

Xarici keçidlər