Mustafa Qafalı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Musafa Qafalı
türk. Mustafa Kafalı
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
  • Gölbaşı qəbiristanlığı[d]
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Elmi dərəcəsi Tarix elmləri doktoru
İş yerləri İstanbul Universiteti
Bağdad Universiteti (1975-1977)
Təhsili Ankara Universiteti
Tanınır Tarix
Ədəbiyyat

Mustafa Qafalı (1 yanvar 1934, Konya28 avqust 2019, Ankara) — türk tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri.[1][2]

Həyatı

Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur.[3]

2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir.[4]

Təhsili

Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır.

Elmi fəaliyyəti

1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır. "Ötəmiş Hacıya görə Cuci ulusunun tarixi" adlı doktorluq mövzusunu 1965-ci ildə müdafiə etmişdir. 1971-1972-ci illərdə universitet tərəfindən elmi araşdırmalar üçün Londona gönədərilmişdir. Türkiyəyə döndükdən sonra isə "Qızıl Orda xanlığında Sayın xan sülaləsinin dövrü (1227-1360)" adlı tezisi ilə 1973-cü ildə dosent olmuşdur. 1974-cü ildən etibarən isə Türk Tarixi bölməsində III-VI semestr tələbələrinə Qızıl OrdaÇağatay xanlıqları ilə, Elxanilər dövləti, VII-VIII semestr tələbələrinə isə Teymur və Teymurilər tarixi və Tarix metodu dərslərini vermişdir. "Mənbələr" və Osmanlıca mətnlər" mövzusunda seminarlar vermişdir.[5]

1975-1977-ci illər aralığında Bağdad Universitetinin Ədəbiyyat fakültəsində dəvətli müəllim kimi dərs demişdir. Professorluq təqdimat tezisi olaraq hazırladığı "Çağatay xanlığı (1227-1345)" adlı əsəri ilə 24 may 1982-ci ildə bu vəzifəyə yüksəlmişdir.

Türk Tarix Qurumunun üzvü olmuşdur.

İngiliscərusca bilirdi.

Həmçinin bax

İstinadlar

  1. "Mustafa Kafalı hocayı kaybettik". www.yenicaggazetesi.com.tr. 2019-12-04 tarixində arxivləşdirilib.
  2. "Prof. Dr. Mustafa Kafalı vefat etti". www.hurriyet.com.tr. 2020-10-09 tarixində arxivləşdirilib.
  3. "Prof.Dr. Mustafa KAFALI". www.genelturktarihi.net. 2021-09-18 tarixində arxivləşdirilib.
  4. "Tarihçi Mustafa Kafalı hayatını kaybetti". www.cnnturk.com. 2020-10-31 tarixində arxivləşdirilib.
  5. "Mustafa Kafalı'dan acı haber! Mustafa Kafalı kimdir, kaç yaşında, neden öldü?". www.milliyet.com.tr. 2020-01-29 tarixində arxivləşdirilib.