Mustafa Qafalı (1 yanvar 1934, Konya – 28 avqust 2019, Ankara) — türkiyəli tarixçi alim, professor və türk millətçiliyinin tanınmış şəxslərindən biri.[1][2]
Musafa Qafalı | |
---|---|
türk. Mustafa Kafalı | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı |
{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} |
Milliyyəti | Türk |
Elmi dərəcəsi | Tarix elmləri doktoru |
İş yerləri |
İstanbul Universiteti Bağdad Universiteti (1975-1977) |
Təhsili | Ankara Universiteti |
Tanınır |
Tarix Ədəbiyyat |
Mustafa Qafalı 1934-cü ildə Konyada anadan olmuşdur. Hüseyn Nihal Atsızın tələbələrindən olan Mustafa Qafalı Türkiyədə türk millətçiliyinin tanınmış simalarından olmuşdur. Həmçinin, Türkiyə tarixşünaslığının Orta Asiya və türk-monqol tarixi üzrə ən məşhur tarixçilərindən olmuşdur.[3]
2019-cu ilin avqust ayının 29-da vəfat etmiş, 30 avqustda isə Ankarada dəfn edilmişdir. Ölümündən sonra Maral Akşənər, Ümid Özdağ, Mansur Yavaş və s. kimi tanınmış millətçi siyasi xadimlər tərəfindən başsağlığı verilmişdir.[4]
Ali təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Tarix bölümündə bitirmişdir. 1965-ci ildə doktorantura təhsilini tamamlamışdır.
1960-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin Ümumi Türk Tarixi bölməsində asistant olaraq çalışmağa başlamışdır. "Ötəmiş Hacıya görə Cuci ulusunun tarixi" adlı doktorluq mövzusunu 1965-ci ildə müdafiə etmişdir. 1971-1972-ci illərdə universitet tərəfindən elmi araşdırmalar üçün Londona gönədərilmişdir. Türkiyəyə döndükdən sonra isə "Qızıl Orda xanlığında Sayın xan sülaləsinin dövrü (1227-1360)" adlı tezisi ilə 1973-cü ildə dosent olmuşdur. 1974-cü ildən etibarən isə Türk Tarixi bölməsində III-VI semestr tələbələrinə Qızıl Orda və Çağatay xanlıqları ilə, Elxanilər dövləti, VII-VIII semestr tələbələrinə isə Teymur və Teymurilər tarixi və Tarix metodu dərslərini vermişdir. "Mənbələr" və Osmanlıca mətnlər" mövzusunda seminarlar vermişdir.[5]
1975-1977-ci illər aralığında Bağdad Universitetinin Ədəbiyyat fakültəsində dəvətli müəllim kimi dərs demişdir. Professorluq təqdimat tezisi olaraq hazırladığı "Çağatay xanlığı (1227-1345)" adlı əsəri ilə 24 may 1982-ci ildə bu vəzifəyə yüksəlmişdir.
Türk Tarix Qurumunun üzvü olmuşdur.