Reha Oğuz Türkqan

Reha Oğuz Türkqan (d. 12 oktyabr 1920, İstanbul, - ö. 18 yanvar, 2010, İstanbul), türk hüquqşünas, tarixçi, yazıçı, türkoloq, psixoloq, ssenarist, gələcəkçi (futurist)ordinaryus professor. Doğum tarixini daha sonra Türkçülük günü olaraq qeyd edilən 3 may olaraq dəyişdirmişdir.[1][2][3][4]

Reha Oğuz Türkqan
türk. Reha Oğuz Türkkan
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı
Vəfat tarixi (89 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Təhsili Ankara Universiteti, İstanbul Universiteti, Sarbonna Universiteti, Kolumbiya Universiteti
İxtisası Hüquq, Tarix, Psixologiya, Türkologiya
Fəaliyyəti Türkçülük, yazıçılıq, alimlik
Fəaliyyət illəri 1938-2010
Əsərlərinin dili Türkcə, ingiliscəfransızca

1920-ci ildə İstanbulda anadan olmuşdur. Atası Xalid Ziya bəy, Anası isə Saibə xanımdır. Dövrünə görə mükəmməl təhsil almışdır.[2]

Müqəddəs İosif Liseyi və Kabataş Liseyində təhsil almışdır. Qalatasaray Liseyinə keçdikdən sonra atası Xalid Ziya Türkqanın Qeydiyyat və Əmlak İdarəsi müdirliyinə təyin edilməsilə Ankarada Qazi Liseyinə keçmişdir.

Ankara Universiteti Hüquq fakültəsi məzunu olmuş, İstanbul Universitetində magistr təhsili almışdır. Sarbonna Universitetində tarixtürkologiya üzrə, Kolumbiya Universitetində psixologiya sahələri üzrə doktor kimi çalışmışdır.[1][3]

Reha Oğuz Türkqanın nəçr etdirdiyi Ergenekon jurnalının Hər şeyin üstündə Türk ir.qi başlıqlı sayı.

Qazi Liseyində təhsil alarkən gizli şəkildə türkçü Gürəm təşkilatını qurmuşdur.

Atatürkün ölümündən bir gün sonra Ergenekon jurnalını çıxarmışdır. Faşizm təhlükədir adlı yazısından sonra bu jurnal qapadıldıqdan sonra Kitab Sevənlər Klubunu qurmuşdur. Bu qurum Xalq evlərinə ilhaq edildikdən sonra Bozqurd jurnalını nəşr etdirməyə başlamışdır. Hüseyn Nihal Atsızın da yazılarının yayımlandığı bu jurnalda, Atsız başda olmaqla digər türkçülərlə mübahisə yaşanınca, bu jurnaldan ayrılaraq Gök Börü jurnalının nəşrinə başlamışdır.

"Suallarla proqramlı təhsil" metodunun 3 qurucusundan biri olaraq və ABŞ-dəki fəaliyyətinə görə "WHO'S WHO" ensiklopediyasında yer almışdır. ABŞ hökuməti tərəfindən 4 ştatın təhsil planlaması və Sunrise Universitetinin qurulmasında təhsil texnologiyası mütəxəsisi olaraq çalışmışdır.[1]

124 məktəb (4-2 sürətli oxuma və kompüter əsasında) açmışdır.[2]

Türkiyədə Yay-Kur Açıq Öyrətim Universitetini yaratmışdır.[4]

1976-cı ildə NASA-nın mütəxəsisi olaraq Hindistandakı peykli təhsil sistemini araşdırmışdır.[1]

Türkiyədə Ekoloji təhsil düşərgələrinin qurucusudur.[1]

ABŞ-də və Türkiyədə xeyli şirkətə və quruma rəhbərlik etmişdir.[3]

İrqçilik-Turançılıq məhkəməsi

[redaktə | mənbəni redaktə et]

İrqçilik-Turançılıq məhkəməsi çərçivəsində ittiham edilən türkçülüyün rəhbər şəxslərindən biri də Reha Oğuz Türkqan olmuşdur.[5] 65 iclasda davam edən məhkəmə nəticəsində 10 ilə qədər həbs cəzası almışdır.[6] lakin Hərbi Yarqitayın bu qərarı pozması nəticəsində, 1945-ci ilin oktyabr ayının 26-da, təxminnə 1 il yarımlıq həbsdən sonra azad edilmişdir.[7]

Bu proseslər zamanı türkçülərin keçirdiyi 3 may Ankara nümayişi sonradan Türkçülük günü kimi qeyd olunmağa başlamışdır. Reha Oğuz Türkqan da öz doğum gününü bu gün olaraq qeyd etdirmişdir.[7]

İrqçilik-Turançılıq məhkəməsi dövründə yaşadığı hadisələr barədə Tabutluqdan Qürbətə adlı əsər yazmışdır.[5]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xeyli sayda məqalə və araşdırmaları yayımlanmışdır. Türkçülük sahəsində müxtəlif sosial fəaliyyətlərlə yanaşı yazıçılıq və naşirliklə də məşğul olmuşdur. 1997-ci ildə Orta AsiyaQafqaz türkləri ilə əlaqəli olaraq Türk dünyası parkıTürklər adları ilə ABŞTürkiyədə rəsim sərgiləri açmışdır.[4]

1947-1972-ci illərdə Kolumbiya Universitetində, 1975-1976-cı illərdə İstanbul Universitetində və daha sonra da 1996-cı ildə Əhməd Yasəvi Universitetində çalışmışdır.

İngiliscə, fransızcatürkcə olaraq yayımlanmış 41 kitab, 9 film və 6 televiziya ssenarisi müəllifidir.[2]

  • Milli Kültür Jurnalı (seria), 1975
  • Qırmızı dərililər və türklər, (seria yazı, Hürriyer), 1996
  • To be born again (narkotik asılılığı barədə), 1970
  • Rions Ensemble (türk yumoru barədə), 1973
  • First steps of the Moon (Aya ilk enişin canlı yayımdan çəkilişi və şərhi)
  • Türk uşaqları üçün (xaricdə yaşayan türk uşaqlar üçün mədəni vasitə), 1974
  • Elə bir darixmaq ki... (rejisor Reha Oğuz Türkqan və Yücəl Çaxmaqlı, ssenari Reha Oğuz Türkqan), 1977
  • Stranger in paradise (turistik sənədli film), 1977
  • Türkün xaricdə qalan mirası, 1976
  • Seçimimizin axışı, 1985
  • Too early for death, (ssenari), 1954
  • İçdiyimiz çay, (ssenari), 1976
  • Qızıl yumurta, (ssenari), 1976[8]

Qohumluq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Atası Xalid Ziya Türkqan Türkiyə Qeydiyyat və Əmlak İdarəsi müdiri olaraq çalışmışdır. Anası Saibə xanımdır. I Dünya müharibəsi dövründə olan məşhur Mədinə müdafiəsi qəhrəmanı Ömər Fəxrəddin Türkqan paşanın qardaşı oğludur. Özü Ece Zübydə xanımla evlənmişdir. Bu evlilikdən Əslixan, Ceylan, Toğrul və Alptunqa adında 4 övladı olmuşdur.

  1. 1 2 3 4 5 "Prof. Dr. Reha Oğuz Türkkan vefat etti". 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  2. 1 2 3 4 "Reha Oğuz Türkkan". 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  3. 1 2 3 "reha oğuz türkkan". 2017-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  4. 1 2 3 "Ord.Prof.Dr. Reha Oğuz Türkkan". 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-03.
  5. 1 2 Orhun, 27 aprel 1951, Sayı:30
  6. Orhun, 4 May 1951, Sayı:31
  7. 1 2 Alpaslan Türkeş, 1944 Millətçilik hadisəsi, İstanbul, 1992, s.39
  8. Kolay ve İyi Öğrenme Teknikleri, Alfa Yayınevi, İstanbul, 1996, s. 333-336