Nəbibə Həsənova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəbibə Həsənova
bayraq
Azərbaycan SSR məişət xidməti naziri
bayraq2
3 iyul 1964 – 25 noyabr 1968
Əvvəlkiözü (məişət xidməti və yerli istehsal naziri kimi)
SonrakıZurab Muradəliyev
bayraq
Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri
bayraq2
11 iyun 1963 – 11 iyun 1964
ƏvvəlkiDavud Məmmədov
Sonrakıözü (məişət xidməti naziri kimi)
Şəxsi məlumatlar
Doğum tarixi (91 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Moskva Tekstil İnstitutu[d] (–1955)

Təltifləri "Əmək veteranı" medalı

Nəbibə Baladayı qızı Həsənova (22 sentyabr 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR məişət xidməti naziri (1964–1968), Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri (1963–1964).

Həyatı

Nəbibə Baladayı qızı Həsənova 1932-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Moskva Yüngül Sənaye Texnologiyası İnstitutuna daxil olub.[1] 1955-ci ildə təhsili başa vuraraq təyinatla Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə.Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir.[1]

Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur.[1]

1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.[1]

1989-cu ildən fərdi dövlət təqaüdündədir.[1]

Mükafatları

Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb.[1]

Ailəsi

Üç övladı, 5 nəvəsi və iki nəticəsi var. Aydın, Yeganə və Təranə adlı övladları var.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 Əliabbas Əlimədətoğlu. "Həsənova Nəbibə Baladayı qızı" (az.). novxanililar.narod.ru. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.

Xarici keçidlər