Həbib Sadıq oğlu Fətəliyev (7 aprel 1942, Göyçay – 20 aprel 1999, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1987–1989), Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi (1980–1987), Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı.
Həbib Fətəliyev | |
---|---|
17 aprel 1987 – 16 iyun 1989 | |
Əvvəlki | Sənan Axundov |
Sonrakı | Ağababa Abdullayev |
1980 – 1987 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 aprel 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1999 (57 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili | |
Uşağı | |
|
|
Təltifləri |
Həbib Sadıq oğlu Fətəliyev 7 aprel 1942-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.[1] Sonralar isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.[2]
1957-ci ildən xəstəxanada sanitar, "Azərneftdövlətlayihə" İnstitutunda çertyojçu, texnik, bir sıra müəssisələrdə mühəndis-konstruktor, böyük mühəndis işləmişdir. 1965-ci ildən Yusif Qasımov adına maşınqayırma zavodunda sexin mühəndis-texnoloqu, böyük mühəndis texnoloqu, zavodun baş konstruktoru, "Bolşevik" zavodu direktorunun müavini və direktoru, eləcə də Y. Qasımov adına zavodun direktoru işləmişdir.[2] 1975–1977-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsi rəisinin müavini, 1977–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmiş, 1980-ci ildə isə Azərbaycan Kommunist Partiyası Nizami Rayon Komitəsinin birinci katibi təyin edilmişdir.[1]
Həbib Fətəliyev 1987–1989-cu illərdə Azərbaycan SSR yerli sənaye naziri, 1989–1991-ci illərdə Azərbaycan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, 1991–1999-cu illərdə isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.[1]
Həbib Fətəliyev 1963-cü ildən Sov.İKP üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.[2]
Həbib Fətəliyev 20 aprel 1999-cu ildə Bakıda vəfat etmişdir.[1]