Ağababa Abdullayev

Ağababa İman oğlu Abdullayev — Azərbaycan dövlət xadimi, Azərbaycanın yerli sənaye naziri (1989–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1988–1989).

Ağababa Abdullayev
bayraq
Azərbaycan Respublikasının yerli sənaye naziri
bayraq2
5 fevral 1991 – 4 dekabr 1991
Əvvəlkivəzifənin adı dəyişdilib
Sonrakınazirlik ləğv edilib
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
16 iyun 1989 – 5 fevral 1991
ƏvvəlkiHəbib Fətəliyev
Sonrakıvəzifənin adı dəyişdilib
bayraq
Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini
bayraq2
1988 – 1989
SonrakıƏləsgər Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 1946
Doğum yeri
Partiya

Ağababa İman oğlu Abdullayev 1946-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə "Arpaçaysutikinti" trestinin 1 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi başlamışdır. Sonra Sənaye Tikintisi Nazirliyinin 5 nömrəli trestində, dəmir-beton trestində müxtəlif mühəndis-texnik vəzifələrində işləmiş, Naxçıvan tikinti materialları kominatının direktoru, Azərbaycan SSR Tikinti Nazirliyi 5 nömrəli trestinin müdiri olmuşdur.[1]

Ağababa Abdullayev 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1989-cu ildən isə Azərbaycan SSR yerli sənaye naziri işləmişdir.[1]

Ağababa Abdullayev "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsi bürosu üzvlüyünə namizəd olmuşdur.[1]

  1. 1 2 3 Ағабаба Иман оғлу Абдуллајев: [Азәрбајҹан ССР јерли сәнаје назири] // Коммунист. № 141 (20909). 17 ијун 1989-ҹу ил. С. 1.