Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974).
Zurab Muradəliyev | |
---|---|
7 yanvar 1969 – 6 iyul 1974 | |
Əvvəlki | nazirliyin adı dəyişdirilib |
Sonrakı | Züleyxa Həsənova |
25 noyabr 1968 – 7 yanvar 1969 | |
Əvvəlki | Nəbibə Həsənova |
Sonrakı | nazirliyin adı dəyişdirilib |
1961 – 1968 | |
Əvvəlki | Tofiq Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 avqust 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 27 dekabr 1981 (53 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[1][2]
Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir.[3] 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur.[4] 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1]
Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir.[4] "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.[1]
Zurab Muradəliyev 1981-ci il dekabrın 27-də vəfat etmişdir.[1]