Nəbibə Həsənova

Nəbibə Baladayı qızı Həsənova (22 sentyabr 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR məişət xidməti naziri (1964–1968), Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri (1963–1964).

Nəbibə Həsənova
bayraq
Azərbaycan SSR məişət xidməti naziri
bayraq2
3 iyul 1964 – 25 noyabr 1968
Əvvəlkiözü (məişət xidməti və yerli istehsal naziri kimi)
SonrakıZurab Muradəliyev
bayraq
Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri
bayraq2
11 iyun 1963 – 11 iyun 1964
ƏvvəlkiDavud Məmmədov
Sonrakıözü (məişət xidməti naziri kimi)
Şəxsi məlumatlar
Doğum tarixi 22 sentyabr 1932(1932-09-22) (92 yaş)
Doğum yeri
Təhsili
  • Moskva Tekstil İnstitutu[d] (–1955)

Təltifləri "Əmək veteranı" medalı

Nəbibə Baladayı qızı Həsənova 1932-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Moskva Yüngül Sənaye Texnologiyası İnstitutuna daxil olub.[1] 1955-ci ildə təhsili başa vuraraq təyinatla Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə. Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir.[1]

Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur.[1]

1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.[1]

1989-cu ildən fərdi dövlət təqaüdündədir.[1]

Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb.[1]

Üç övladı, 5 nəvəsi və iki nəticəsi var. Aydın, Yeganə və Təranə adlı övladları var.[1]

  1. 1 2 3 4 5 6 7 Əliabbas Əlimədətoğlu. "Həsənova Nəbibə Baladayı qızı" (az.). novxanililar.narod.ru. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]