Nəsimi Ağayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəsimi Məhəmmədəli oğlu Ağayev
bayraq
Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri
bayraq2
Vəzifədədir
19 avqust 2022[1]
ƏvvəlkiRamin Həsənov
10 aprel 2012 – 19 avqust 2022[2]
ƏvvəlkiElin Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 1979
Təhsili
Fəaliyyəti diplomat

Nəsimi Məhəmmədəli oğlu Ağayev (1979) — Azərbaycan diplomatı, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri.[3]

Təhsili

Nəsimi Ağayev Almaniyanın Saarland Universitetinin[ru], Avropa İnstitutunun Avropa Hüququnun (LL. M.) magistr dərəcəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcəsini almışdır. O, həmçinin, Avstriyada Vyana Diplomatik Akademiyasında[en] təhsil almışdır.

Ana dili olan Azərbaycan dilindən başqa İngilis, Fransız, Alman, Rus, İspanTürk dillərini də bilir.

Fəaliyyəti

1999-cu ildə Azərbaycanın diplomatik xidmətinə qəbul edilmiş, ölkənin Avstriyadakı (2000–2003) və Almaniyadakı (2005–2008) səfirliklərində, eləcə də, Bakıda Xarici İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin 3–6 iyul 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı alman dili üzrə tərcüməçisi olub.[4] 2001–2003-cü illərdə Vyana Universitetində Azərbaycan dilini tədris etmişdir.

Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.[5]

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin 19 avqustunda Azərbaycanın Almaniyadakı səfiri vəzifəsinə təyin olunmuşdur. Ondan öncə 2012–2022-ci illərdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışaraq, Azərbaycanı KaliforniyaAmerika Birləşmiş Ştatlarının qərbindəki digər 12 ştatda təmsil etmişdir.

2010–2012-ci illərdə Vaşinqtonda Azərbaycanın Səfirliyində siyasi məsələlər üzrə müşavir vəzifəsində çalışmışdır.

Los Ancelesdə çalışarkən Nəsimi Ağayev 105 ölkəni təmsil edən, dünyanın ikinci ən böyük konsulluq korpusu (Nyu-Yorkdan sonra) olan Los Anceles Konsulluq Korpusunun sədri (duayen) olmuşdur.

O, Beynəlxalq Münasibətlərin Qafqaz Şərhi jurnalının[en] baş redaktoru olmuşdur və 2007-ci ildə Almaniyada nəşr olunan "Humanitar müdaxilə və beynəlxalq hüquq: Kosovoda NATO əməliyyatı" adlı kitabı yazmışdır.[6]

İstinadlar

  1. "N.M.Ağayevin Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  2. "N.M.Ağayevin Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
  3. "Almaniyaya yeni səfir təyin olunan Nəsimi Ağayev Prezident İlham Əliyevə təşəkkür edib". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  4. "With President Heydar Aliyev at his meeting with Austrian President Thomas Klestil. Vienna, Austria, July 4, 2000". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
  5. "Embassy of Azerbaijan to Germany. Nasimi Aghayev. Ambassador". 2021-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.
  6. "Humanitäre Intervention ind Völkerrecht : der NATO-Einsatz I'm Kosovo". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-16.

Xarici keçid